Aynişan Quliyeva "O Səs Türkiyə"dəki azəri oyununu AŞKARA ÇIXARDI" » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Aynişan Quliyeva "O Səs Türkiyə"dəki azəri oyununu AŞKARA ÇIXARDI"

Aynişan Quliyeva "O Səs Türkiyə"dəki azəri oyununu AŞKARA ÇIXARDI"

10 yan 2017, 12:26, AyGun Umid
0 Şərh    527 Baxılıb

"Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımovanın qızı, ötən mövsüm "O Ses Türkiyə" yarışmasının iştirakçılarından biri olan Aynişan Quliyeva bu mahnı müsabiqəsindən bir neçə azərbaycanlı iştirakçının eyni anda uzaqlaşdırılmasına laqeyd qala bilməyib.

Azpublika.info xəbər verir ki, bir vaxtlar müğənniliklə məşğul olan A.Quliyeva azərbaycanlıların müsabiqədən uzaqlaşdırılması barədə geniş status yazıb. Aynişanın #osesturkiye həştəqi ilə paylaşdığı statusu olduğu kimi təqdim edirik:

"İndi isə gərçəkləri bir də məndən eşidin. Ötən il sözügedən müsabiqəyə qatıldığımda ilk tur çox səs-küyə səbəb oldu. 4 videom 1 həftə ərzində 1 milyon izlənməyə çatan kimi "Youtube"-dan silindi. Mən o zaman şübhələnmişdim. Çünki öz türk iştirakçılarının videosu mənimkindən də çox izləndiyi halda silinməmişdi. Sonra ikinci dəfə səhnəyə çıxma şansı vermədən balaca otaqda bizi yarışmadan uzaqlaşdırdılar. İlk turdan keçməyimizin bir mənası qalmamışdı. Çünki mahnı və səhnə yox idi. Orada məndən qat-qat güclü ifaçılar və bu yarışmanın mənim üçün sadəcə bir əyləncə olduğu üçün heç nə demədim. Sadəcə təşəkkür etdim. Amma builki hərəkətləri heç bir vicdana sığmır.

Mən Zülfü Əsədzadə ilə bərabər yarışmanın ikinci, yəni qapalı keçirilən turuna qatıldım. Bizə Zülfü, İlham, Gülşən, daha bir azərbaycanlı xanım və iki türkün bir qrupa düşdüyünü dedilər. Bunun bir qurma olduğunu dərhal anladıq. Mənə hərdən elə gəlir ki, gizli otaq "ələmə"sini məhz azərbaycanlıları uzaqlaşdırmaq üçün yaradıblar. Çünki dünyada yayımlanan heç bir "The Voice" yarışmasında bu qanun yoxdur. Bu, qeyri-qanunidir! Elnur qalib olandan sonra bu uzaqlaşdırma turuna başladılar. Gökhan və Hakan qardaşları 4 azərbaycanlı iştirakçını yarışmadan kənarlaşdırdı. Halbuki bu il məhz bu azərbaycanlılardan üçü o yarışmada furor etmişdi. Bu iştirakçıların səhnədə necə möhtəşəm çıxış edəcəyini bilib və üzə düşüb turlardan keçirtmək məcburiyyəti olacaq. SMS səsverməsinə gəlib çatsa, azərbaycanlılar onları birinci edəcəklər! Məncə səbəb budur. Bizi artıq o yarışmada istəmirlər. Uşaqların ifasının möhtəşəmliyini heç kim görməsin deyə otaqda oxuduqlarını da yayınlamayacaqlar. Əziz xalqımız bizim uşaqlar son dərəcə möhtəşəm ifa göstərib və uzaqlaşdırılıb! Güclü olaraq oranı tərk ediblər! Var olsun, istedadlarımız!".

Xatırladaq ki, əməkdar artist Aybəniz Haşımova azərbaycanlı iştirakçıların ikinci turdan keçə bilməməsində jurnalistləri günahlandırmışdı. O, müsabiqə ilə bağlı tənqidi yazıların ikinci mərhələnin gedişatına təsir etdiyini bildirmişdi.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə