Elektron ticarət zamanı ƏDV-nin hesablanması banklar üçün problem yaradacaq » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Elektron ticarət zamanı ƏDV-nin hesablanması banklar üçün problem yaradacaq

Elektron ticarət zamanı ƏDV-nin hesablanması banklar üçün problem yaradacaq

10 yan 2017, 15:19, Azad
0 Şərh    142 Baxılıb


"Azərbaycanda Vergi Məcəlləsinə edilən dəyişiklər əhatəlidir, sistemlilik baxımından digər ölkələrlə uyğunluq təşkil edir". Azpublika.info-nun məlumatına görə,bunu "PwC Azerbaijan" audit şirkətinin vergi və hüquq partnyoru Maykl Ahern (Michael Ahern) deyib.
 
Onun sözlərinə görə, bütün ölkələr öz vergi qanunvericiliyini müasir dünyanın dəyişikliklərinə uyğunlaşdırmağa çalışır: "Qeyd etmək istərdim ki, vergi qanunvericiliyi və qanunvericiliyin tətbiqi fərqli mövzulardır. Əsas diqqət məhz vergi qanunvericiliyinin tətbiqinə yönəlməlidir. Bu baxımdan Azərbaycanda vergi sahəsində edilən dəyişikliklər ölkənin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan çalışır ki, vergi gəlirləri böhrandan əvvəlki səviyyəyə qalxsın. Transfert qiymətləri, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi qaydaları və "vergi amnistiyası" daha şəffaf və korporativ vergi mühitinin yaradılması istiqamətində atılan əhəmiyyətli addım ola bilər".
 
Şirkətin vergi məsələləri üzrə direktoru Arif Quliyev isə bildirib ki, Vergi Məcəlləsində dəyişikliyin olmasına baxmayaraq, bəzi maddələr bir-birinə uyğunlaşmır: "Hələ də bəzi açıq problemlər var. Biz öz müştərilərimizlə, yəni biznes nümayəndələri ilə görüşmüşük. Onlara da bildirdik ki, əsas problem işləyərkən üzə çıxır. Buna görə də təklif etmişik ki, hər hansı problemlə üzləşərkən, bu problemləri bizə təqdim etsinlər. Digər bir problem elektron ticarət sahəsindədir. Elektron ticarət zamanı əlavə dəyər vergisinin (ƏDV) hesablanması bank və kredit təşkilatları üçün problem yaradacaq. Çünki vergi mala görə yox, xidmətə görə hesablanmalıdır. Bunun üçün isə banklar xidmət sahəsini müəyyənləşdirmək üçün sistem yaratmalıdırlar".

Məmbə: APA
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə