Araz Əlizadədən müxalifətə sərt ittiham : "Onlar hakimiyyətdə olduqları 1 il ərzində Azərbaycanı bərbad etdilər." » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Araz Əlizadədən müxalifətə sərt ittiham : "Onlar hakimiyyətdə olduqları 1 il ərzində Azərbaycanı bərbad etdilər."

Araz Əlizadədən müxalifətə sərt ittiham : "Onlar hakimiyyətdə olduqları 1 il ərzində Azərbaycanı bərbad etdilər."

10 yan 2017, 16:05, Azad
0 Şərh    240 Baxılıb
Son vaxtlar bəzi siyasilər tərəfindən islahatçı hökumətin yaradılmasının vacibliyi ilə bağlı fikirlər səslənməkdədir. Belə ki, bəzi siyasilər hesab edir ki, ölkədəki mövcud iqtisadi-sosial böhrandan çıxmaq üçün bu cür hökumətin formalaşmasına ciddi ehtiyac var.

Azpublika.info-nun məlumatına görə,məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ASDP sədri, deputat Araz Əlizadə müxalifət tərəfindən səslənən bu cür fikirləri əsassız hesab etdiyini vurğuladı:

“Bunların hamısı mənasız söbətlərdir. Baxın, islahatçı hökumət kimdən ibarət olacaq? Əli Kərimli ilə İsa Qəmbərdən? Onların hansı kadr potensialı var ki, islahatçı hökumət yaratsınlar? Onlar ilk nöbədə özlərinə nəzər yetirməlidir. 1 il hakimiyyətdə oldular. Hələ o zaman Əli Məsimli, Vahid Əhmədov, Rəhim Hüseynov kimi köhnə kadrlar var idi. Bu adamlar dövlətçiliyin nə olduğunu bilən kadrlar idi. Bəs indi kim qalıb orda? Bir həsir, bir də Məmmədnəsirdilər. Bunların bircə arzusu var. Onlar hakimiyyətə gəlib bir az da oğurlamaq istəyirlər. Gah “keçid hökuməti”, gah “islahatçı hökumət” deyirlər. Mən 1992-ci ildə deyirdim ki, iqtisadi proqramınızı ortaya qoyun. Deyirdilər ki, biz iqtisadi proqramımızı ortaya qoysaq, bunu başqaları oğurlayar. Deyirdim ki, mən həmişə proqramımızı ortaya qoyuram. Ondan heç olmasa bir müddəanı kimsə götürüb həyata keçirsə, mən ona, həmin siyasi qüvvəyə minnətdar olaram. Onlar hakimiyyətdə olduqları 1 il ərzində Azərbaycanı bərbad etdilər. Azərbaycan büdcədən məhrum oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə büdcədə 1 manat pul yox idi. Bunların səriştəsi bundan ibarətdir”.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə