Ölümə aparan səbəblər: Tərkibini bilmədiyimiz qidalar. » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Ölümə aparan səbəblər: Tərkibini bilmədiyimiz qidalar.

Ölümə aparan səbəblər: Tərkibini bilmədiyimiz qidalar.

10 yan 2017, 16:38, Aysel İbrahimli
0 Şərh    170 Baxılıb



Hər gün yediyimiz qidaların tərkibinə yalnız məhsulun üzərində yazıldığı maddələr qatılmır. O məhsullara bu qidanın tərkibində yer aldığı əks etdirilən maddələrdən başqa qatqılar da vurulur. Yəni siz cips yeyərkən əslində saf kartof və duz qəbul etdiyinizi düşünürsüzsə, yanılırsız. Çünki bazardakı bir çox yemək və içkilərə qoruyucu, dadlandırıcı, rəng verici kimi köməkçi vasitələr qatılır. Lakin bunların bir çoxu həmin məhsulların üzərində qeyd edilmir. Ona görə də əslində nə yediyimizi ya bilmir, ya da aldadılırıq.


Azpublika.info sizə həmin qidalardan bir neçəsini təqdim edir.



Pringles paketini açıb içindəki cipsin necə səliqəli kəsildiyini görürük. Əslində bu cips birbaşa kartofdan əldə edilmir. Hətta demək olar ki, ümumiyyətlə, kartofdan hazırlanmır. Bir çox maddə əvvəl toz halına gətirilir, sonra xəmir şəklinə salınıb eyni ölçüdə dilimlənir. Pringlesin hazırlanmasında isə yalnız 42% nisbətində kartofdan istifadə edilir. Qalan qismi qarğıdalı, taxıl və digər maddələrdən ibarətdir. Paketin üzərində dəqiq olaraq kartof miqdarı yazılmır və qanuni zərurətdən ötəri paketdə kartof cipsi ifadəsi belə yoxdur.


Marqarin




Marqarin kərə yağına bir alternativ olaraq qəbul edilir. Uyğun qiyməti səbəbilə hər kəsin istifadə etdiyi yağdır. Lakin marqarinin içindəki trans yağlar insan sağlamlığını ciddi dərəcədə zərər verir. Bir çoxunun üzərində “trans yağ ehtiva etməz” yazsa da, mütəxəssislər bunun yalan olduğunu bildirir.


Qazlı içkilər




Kola, limonad kimi qazlı içkilərin insan sağlamlığına ciddi ziyan vurmasıdan hər kəs halidir. Bu içkilərin tərkibindəki şəkər miqdarları insan bədəni üçün təhlükəlidir. Sağlamlığı təhdid edən bu içkilər, bazarda “Light”, “Zero” kimi fərqli adlarla satılıb şəkərsiz olduğu deyilsə də, əslində bu, belə deyil. Çünki bu məhsullara da dadlandırıcı qatılır. Bu dadlandırıcılar şəkərdən daha zərərsiz olsa da bədən tərəfindən yenə şəkər olaraq qəbul edilib kilo almağa səbəb ola bilər. Buna görə pəhrizdə olan insanların “Light” kolaya yönəlməsi çox faydalı olmayacaq. Çünki iki içki arasında heç bir fərq yoxdur.


Kolbasa, sosiska



Marketlərdə satışda olan bu ət məhsulları yalnız ətdən hazırlanmır. Bu qidalar rəf ömürləri üçün rəngləri, dadları, ümumiyyətlə, bir çox xarici maddələri tərkibində saxlayır. Həmin qidaların içərisində ətdən başqa az qala hər şey var, desək, çox da şişirtmiş olmarıq.


Holland pendiri




Sevərək istifadə etdiyimiz pendir növlərindən olan holland pendiri hər firma tərəfindən süddən hazırlanmır. Normal olaraq bir pendirin ancaq süddən hazırlanması lazımdır. Lakin bəzi firmalar holland pendirini, tarixi keçmiş, marketlərdə çox qalmış, satılmamış digər pendirləri əridərək emal edirlər. İstehsalçıların istifadə olunmayan pendirləri əridib, zərdab və yağlarla qarışdıraraq holland pendiri əldə etməsi insan sağlamlığı üçün risklidir. Mütəxəssislər xərçəng kimi bir çox xəstəliyə səbəb ola bilən bu məhsulları alarkən diqqətin vacib olduğunu ifadə edir.

Məlumata görə beyin funksiyalarına şəkər, doymuş yağ, çipsi, pizza və digər xəmirli qidalar, aşağı karbohidratlı pəhrizlər, duzlu və qızardılmış yeməklər zərər vurur.

Şəkərdən çoxlu istifadə sağlamlıq üçün xeyirli hesab olunmur. Bu cür istifadənin insanın ağırlaşmasına, beyin funksiyalarının isə bağlanmasına səbəb olduğu bildirilir.

Harvardda aparılan araşdırmalar haqqında məlumatda doymuş yağ nisbətinin qidalanmada beyin funksiyalarına zərər verdiyi göstərilir. Zeytun yağı, avokado kimi sağlam yağlarla qidalananların yaddaşında isə güclənmə olduğu bildirilir.

Beynin inkişafını doğru təmin etməsi üçün uşaqların inkişaf dövrlərində onların qidalanmalarına xüsusi diqqət verilməli, çipsi, pizza və digər xəmirdən hazırlanan və artıq çəkiyə səbəb olan fast food yeməklərindən uzaq durulmalıdır.

Bədənin karbohidrata ehtiyacı olduğundan beyin funksiyalarının səmərəli işləməsi üçün lazımdır. Bütün karbohidratlar zərərli hesab olunmur.
Faydalı karbohidratları qidalanma rasionunuza əlavə etməyi unutmayın. Bu qidalar beyinin normal fəaliyyətinə müsbət təsir edir.

Ürəyə zərərli olduğu bilinən duzlu yeməklər beyinə də zərərli hesab olunur.

Qızarmış yeməklərin isə Alzheimer, Parkinson kimi nevroloji xəstəliklərə səbəb olacağı bildirilir. İspaniyada aparılan araşdırmalar bunu deməyə əsas verir.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə