Əli İnsanov daha 2 ay həbsdə qalacaq » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Əli İnsanov daha 2 ay həbsdə qalacaq

Əli İnsanov daha 2 ay həbsdə qalacaq

10 yan 2017, 19:52, Azad
0 Şərh    135 Baxılıb
Sabiq səhiyyə naziri Əli İnsanov barəsində yenidən seçilmiş  həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə baş prokurorluğun təqdimatı təmin edilib.
 
Azpublika.info Teleqraf.com-a istinadən xəbər verir ki, Qaradağ rayon Məhkəməsinin qərarı ilə Əli  İnsanovun barəsində olan həbs müddəti daha 2 ay artırılıb.

Qeyd edək ki, ötən il oktyabrın 11-də Qaradağ rayon Məhkəməsi Əli İnsanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Əli İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Bu cəzanın müddəti ötən il oktyabrın 20-də başa çatmalı idi.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə