9 ilin hegemonları » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » 9 ilin hegemonları

9 ilin hegemonları

10 yan 2017, 20:03, Aysel İbrahimli
0 Şərh    276 Baxılıb



FİFA-nın keçirdiyi səsvermə nəticəsində 2016-cı ilin ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldu Lionel Messiyə çatıb.


Azpublika.info xəbər verir ki, "France Football"ın təsis etdiyi "Qızıl top" və ali futbol qurumunun təqdim etdiyi mükafatların ümumi sayında portuqaliyalı ilə argentinalı arasında tarazlıq yaranıb.


Onların hərəsi 6 dəfə ən yaxşı adına layiq görülüb. Təbii ki, bu adlar fərqli versiyalar üzrədi.
 
1956-2009-cu illərdə və 2016-cı ildə keçirilən "Qızıl top"u qazanmaqda Ronaldu Messini qabaqlayır - 2:1. Portuqaliyalı 2008 və 2016, argentinalı 2009-da bu ada yiyələnib.
 
1991-2009-cu illərdə, həmçinin 2016-cı ildə FİFA-nın keçirdiyi "İlin futbolçusu" nominasiyasında da eyni vəziyyətdi. Ronaldu 2008 və 2016, Messi 2009-da güclü olub.
 
2010-2015-ci illərdə FİFA və "France Football" birlikdə mükafat təqdim edib. "FİFA Qızıl top"unu da məhz bu cütlük qazanıb. Burada Messinin üstünlüyü daha böyükdü. Cənubi amerikalı 2010, 2011, 2012 və 2015-də, pireneyli 2013 və 2014-cü ildə qalib adını qazanıb.
 
Futbolçular hegemonluq etdikləri son 9 ildə hərəyə 6 mükafat qazansa da, Messi 5 dəfə rəqibindən üstün olub. Çünki onun 6 mükafatı 5 müxtəlif ilə təsadüf edibsə, Ronaldu 4 ildə əsas rəqibini üstələməklə eyni sayda mükafata yiyələnib.
 
Qeyd edək ki, digər müxtəlif qurumlar tərəfindən də ilin ən yaxşısı seçilsə də, FİFA və "France Football"ın sorğuları daha sanballı hesab edilir.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə