İlk müharibə Qarabağda başlayacaq - Tramp » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » İlk müharibə Qarabağda başlayacaq - Tramp

İlk müharibə Qarabağda başlayacaq - Tramp

10 yan 2017, 21:02, AyGun Umid
0 Şərh    840 Baxılıb

“Qafqaz və Qara dəniz bölgəsi yeni müharibənin məkanı ola bilər”.

Azpublika.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan deyib.

Onun sözlərinə görə, ABŞ-da Donald Trampın prezident seçilməsi ilə kiçik inqilab oldu:

“Amerika həmişə qlobalizmə üstünlük verib, regionalizm onlar üçün əsas olmayıb. Lakin görünür, indi situasiya dəyişib. Konkret, Cənubi Qafqazın əsas hədəf olduğunu demək çətindir. Amerika çox istəyər ki, Cənubi Qafqazda Ermənistan da Rusiyanın təsirindən çıxsın. Lakin ruslar buna imkan verməyəcəklər. İndi qarşıdurmanın yeni sahəsi yaranır”.

Erməni politoloqun fikrincə, bu, Qafqaz-Qara dəniz bölgəsidir.

“Rusiya ümid edir ki, Amerika bu bölgədə qarşıdurmaya getməyəcək. Lakin bu olacaq. Çünki Tramp ABŞ-ın xarici siyasəti ilə məşğul olmayacaq. Amerikanın xarici siyasətini iki qrup yerinə yetirəcək: realistlər və neokonservatorlar. Onlar Qafqaz-Qara dəniz bölgəsində hakim olmaq siyasətini izləyəcəklər”, - deyə o bildirib.

Qafqaz-Qara dəniz bölgəsində qarşıdurmanın başlayacağı nöqtələr hara ola bilər?

İ.Muradyan bu haqda konkret nəsə deməyin çətin olduğunu bildirib:

“Lakin müharibə olacaqsa, bunun mütləq Dağlıq Qarabağdan başlayacağını proqnozlaşdırmaq mümkündür”.

Qeyd edək ki, Qafqaz-Qara dəniz zolağı Orta Asiyaya əsas çıxış hesab olunur. Bu zolağa hakim olan güc Avrasiya üzərində təsir imkanlarını genişləndirə bilər. Amerikalılar indiyə qədər bunun üçün çox çalışsa da, ruslar onlara imkan verməyib.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə