Azərbaycanlı məşhur ŞOKDA - İşıq qəbzinə görə » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Azərbaycanlı məşhur ŞOKDA - İşıq qəbzinə görə

Azərbaycanlı məşhur ŞOKDA - İşıq qəbzinə görə

11 yan 2017, 14:44, AyGun Umid
0 Şərh    261 Baxılıb

“Bu gün aldığım elektrik bildirişinə əsasən, 94,37 AZN məbləğində işıq pulu ödəməliyəm. Məbləğin çoxluğundan şübhələnib sayğacı yoxladım. Məlum oldu ki, 387 kv əvəzinə 967 kv enerji sərfiyyatı yazılıb”.

Bu barədə tanınmış şair, yazar Sayman Aruz sosial şəbəkədə sayğacının və bildirişin şəklini paylaşaraq bundan şoka düşdüyünü yazıb.

“Yəni göstərilən limitdən artıq pul ödətdirmək üçün 580 kv artıq enerjinin istifadəsi göstərilməlidir. Maraqlıdır ki, bildirişdə son göstərici 54924 kv olduğu halda sayğacdakı istifadə 54344 kvdır. Limitdən artıq olan hissə 11 qəpikdən olduğu üçün 580 kv artıq yazaraq bir növ açıq aşkar əhalini aldadaraq oğurluq edirlər”, - deyə, o bildirib.

Elektrik və təbii qazdan istifadəyə görə limit müəyyən ediləndən sonra bu sahədə problemlər də aktuallaşıb.

Abonentin “Azərişıq” ASC-nin Yasamal rayon şöbəsi əməkdaşlarından narazılığını və problemini qurumun mətbuat katibi Tanrıverdi Mustafayevə çatdırdıq.

Tanrıverdi Mustafayev Publika.az-a abonentin məlumatlarını operativ araşdırdıqdan sonra problemin əməkdaşlarının sayğacın son göstəricisinin oxunmasında səhvə yol verməsindən qaynaqlandığını bildirdi: “Təkrar əməkdaşımız həmin abonentin mənzilinə gedərək sayğacın son göstəricisini dəqiqləşdirib, yeni bildiriş təqdim edərək öz səhvini düzəldib. Bu halla əlaqələr “Azərişıq” ASC sədri də məlumatlandırıldı. Və sədrimiz belə səhvlərə yol vermiş əməkdaşların ciddi cəzalandırılması, hətta işdən azad olunması göstərişini verdi.

Belə problemlərlə qarşılaşan abonentlərimizdən bir daha xahiş edirik ki, “Azərişıq” ASC-nin 199 saylı cağrı mərkəzi, Region və Rayon Enerji Təchizatı və Satışı İdarə və şöbələrinə müraciət etsinlər. Müraciətlər qısa zamanda araşdırılıb, həllini tapacaq”.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə