Xalq artisti Flora Kərimovaya efir qadağası qoyulub? - Açıqlama » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Xalq artisti Flora Kərimovaya efir qadağası qoyulub? - Açıqlama

Xalq artisti Flora Kərimovaya efir qadağası qoyulub? - Açıqlama

11 yan 2017, 16:37, AyGun Umid
0 Şərh    577 Baxılıb
Müğənni: “O, hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu”

Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub.
Bu barədə  xalq artistinin sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm ki, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addım atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu.

Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara... Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum, bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”.

Xatırladaq ki, ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi. (musavat.com)
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə