Səngəçalda partlayış səbəbi -Terror ? » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Səngəçalda partlayış səbəbi -Terror ?

Səngəçalda partlayış səbəbi -Terror ?

11 yan 2017, 16:44, AyGun Umid
0 Şərh    102 Baxılıb
Əyyub Kərimov: “Hər bir ehtimal ciddi şəkildə araşdırılmalıdır”

Məlum olduğu kimi, dünən axşam saatlarında Səngəçal magistral qaz kəmərində partlayış baş verib. Xatırladaq ki, bir müddət bundan öncə təxminən eyni ərazidə iki qaz kəmərində də oxşar partlayışlar meydana glmişdi.

Maraqlıdır, baş verən partlayışların araşdırılması zamanı terror versiyası da diqqətə alınmalıdırmı? Hər üç partlayışı sadəcə təsadüfün ayağına yazmaq nə dərəcədə inandırıcıdır?

Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov bütün versiyalar kimi terror amilinin də nəzərə alınması gərəkdiyini vurğuladı:

“Təbii ki, bu kimi hadisələr zamanı bütün versiyalar, o cümlədən terror versiyası diqqətlə araşdırılmalıdır. Yalnız araşdırma nəticəsində hansı versiyanın həqiqətə daha uyğun olduğu ortaya çıxa bilər. Hansı versiya daha çox həqiqətə uyğun gəlirsə, o istiqamətdə araşdırma da dərinləşdirilməli, həqiqət ortaya çıxarılmalıdır.

İndiki məqamda isə, qeyd etdiyim kimi, hər bir ehtimal, eləcə də terror ehtimalı araşdırılmalıdır. Hansi versiyanın həqiqət olduğu araşdırma nəticəsində ortaya çıxacaq”.

 
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə