Qarabağda QANLI MÜHARİBƏ - Bakı və Moskva arasında razılaşma » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Qarabağda QANLI MÜHARİBƏ - Bakı və Moskva arasında razılaşma

Qarabağda QANLI MÜHARİBƏ - Bakı və Moskva arasında razılaşma

11 yan 2017, 16:51, AyGun Umid
0 Şərh    947 Baxılıb

“2016-cı ildə Ermənistan böhran içində oldu. Həm daxili, həm də xarici uğursuzluqlar sürpriz deyildi. 2017-ci ildə də böhran davam edəcək, Ermənistan müstəqilliyi daha da zəifləyəcək və Rusiyanın təsiri artacaq”.

Publika.az xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “Janes Intelligence” analitik təhlükəsizlik mərkəzinin məqaləsində deyilir.

Məqalədə bildirilir ki, Rusiyaya sıx inteqrasiya Ermənistan hakimiyyəti üçün faydalıdır:

“Bununla ölkədə baş verə biləcək sosial qiyamların riski aşağı salınır. Çünki Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələrində hər-hansı qiyama qarşı barışmaz mövqe tutur və müdaxilə edir. Bu baxımdan, 2017-ci ildə Ermənistan Rusiyaya daha çox inteqrasiya edəcək və müstəqil dövlət kimi zəifləyəcək”.

Mərkəz 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözlənilən proseslərə də diqqət çəkib.

“Qarabağda müharibənin yenilənməsi riski böyükdür. Əgər Moskva və Bakı razılığa gələcəksə, Qarabağ münaqişəsinin həlli məcburi şəkildə həyata keçəcək. Ermənistan ictimaiyyəti buna qarşı çıxarsa, qanlı müharibə ola bilər. Bu baxımdan, hazırda nizama salma üçün təklif olunan variantlar Ermənistan rəhbərliyi üçün əsas ola bilər. İrəvan bunun üçün ictimaiyyəti inandıracaq ki, Dağlıq Qarabağı saxlamaq artıq mümkün deyil”, - deyə məqalədə qeyd olunur.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə