Doğuş zamanı daha bir FACİƏ » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Doğuş zamanı daha bir FACİƏ

Doğuş zamanı daha bir FACİƏ

11 yan 2017, 17:17, AyGun Umid
0 Şərh    65 Baxılıb

Biləsuvar rayonunda doğuşdan sonra ananın ölməsi xəbəri tamamilə yanlış məlumatdır.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, zahılıq dövrünün 34-cü günündə Biləsuvar rayonunda məskunlaşmış Cəlilabad rayon sakini Fehruzova Amidə Füzuli qızı 10 yanvar 2017-ci il tarixində göndərişlə Respublika Klinik Xəstəxanasına daxil olub. Həyata keçirilən müalicə tədbirlərinə baxmayaraq 11 yanvar 2017-ci il tarixində o, dünyasını dəyişib. Hadisə Səhiyyə Nazirliyinin “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiya” tərəfindən araşdırılır.

***

Biləsuvarda ana doğuşdan sonra dünyasını dəyişib.

Rayonun Zəhmətabad kənd sakini, 1993-cü il təvəllüdlü Amidə Füzuli qızı Arzumanlı doğum şöbəsinə gətirilib.

İlkin məlumata görə, oğlan uşağı dünya gətirən ana doğuşdan sonra dünyasını dəyişib.

Körpənin durumunun yaxşı olduğu bildirilir.

Faktla bağlı Biləsuvar rayon Prokrorluğunda araşdırma aparılır. (apa)

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə