Erməni hərbçinin etirafı: "İlk gündə 40 hərbçi itirdik"- VİDEO » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Erməni hərbçinin etirafı: "İlk gündə 40 hərbçi itirdik"- VİDEO

Erməni hərbçinin etirafı: "İlk gündə 40 hərbçi itirdik"- VİDEO

11 yan 2017, 18:46, Aysel İbrahimli
0 Şərh    143 Baxılıb


Ermənistan Milli Təhlükəsizlik və Müdafiə Nazirliklərinə məxsus "Ermənistan Milli Qvardiyası" təşkilatının üzvlərindən olan Arşak Zakaryan erməni KİV-də və sosial şəbəkələrdəki hesabından 2016-cı ilin aprel ayında baş verən döyüşlər və itkilər barədə yazılar yazaraq Ermənistanın itkilərini ört basdır etməyə çalışır.


Azpublika.info xəbər verir ki, Ermənistan KİV-lərində yayılmış bir reportajda erməni hərbi qulluqçuları 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə itirdikləri canlı qüvvə və texnikaları özləri etiraf edirlər. Belə ki, hazırlanmış reportajda ermənilərin canlı qüvvə baxımından Azərbaycandan dəfələrlə zəif olması və Azərbaycanın sarsıdıcı zərbəsi nəticəsində çoxlu tələfatın olmasından bəhs olunur. Erməni zabit mayor Edqar Martirosyan Azərbaycan tanklarının onların əsgər saylarından çox olduğunu etiraf edir.


Aprel döyüşünün ilk günündə qırx nəfərə qədər erməni hərbi qulluqçunun öldüyünü bildirən əsgər Narek Nikoğosyan özünün döyüş postunda yeganə sağ qalan əsgər olduğunu bildirir. N.Nikoğosyan qeyd edir ki, atılan mərmilərin sayı o qədər çox idi ki, yerimizdən tərpənə bilmirdik və ilk dəqiqələrdə artıq hərkəs öləcəyini bilirdi.


Aprel döyüşünün digər iştirakçısı əsgər Arman Kirakosyan isə bütün əsgər yoldaşlarının yaralanaraq məhv olduğunu, onlardan yalnız iki nəfərin sağ qaldığını bildirir.


Həmçinin video sujetdə aprel döyüşləri vaxtı ölən erməni hərbi qulluqçularının bir hissəsinin adları və şəkilləri göstərilir, onlar haqqında danışılır.

Qeyd edək ki, "Ermənistan Milli Qvardiyası" adlı təşkilatın daxilində, əslində isə Ermənistan təhlükəsizlik orqanları üçün çalışaraq yalan xəbərlər yayan Arsak Zakaryan, Hrand Toxadyan, Vardan Xaçatryan, Areq Nazaryan, Haryur Hambarçyan, Artur Xocabağyan və Davit Paryan nə qədər gerçəkləri gizlətməyə çalışsalar da, həqiqət sonunda belə üzə çıxır.



loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə