Şalvarımı evdə unutdum...Nyu-yorkda Şalvarsız Metro Səyahəti-FOTOLAR » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Şalvarımı evdə unutdum...Nyu-yorkda Şalvarsız Metro Səyahəti-FOTOLAR

Şalvarımı evdə unutdum...Nyu-yorkda Şalvarsız Metro Səyahəti-FOTOLAR

11 yan 2017, 20:45, Aysel İbrahimli
0 Şərh    541 Baxılıb



 ABŞ-da metro xətləri, bir daha yarı çılpaq aksiyaya səhnə oldu. Nümayişçilər, verilən suallara, şalvarımı geyinməyi unutdum, evdən tələsik çıxdım kimi maraqlı və yumorlu cavablar verdi.
 

 Azpublika.info xəbər verir ki, Nyu-yorkda bu il 16-cısı keçirilən Metroda Şalvarsız Səfər hərəkatına qatılan yüzlərlə adam, metroya mindikdən sonra, ya da stansiyalarda, ətrafdakılar çaşqın baxışları altında şalvarlarını çıxarıb.
 
 
METRODA ŞALVARSIZ SƏFƏR
 
 ABŞ-da maraqlı aksiyalara imza atan İmprov Everywherenin keçirdiyi Şalvarsız Metro Səfərində bu il qadınlı kişili yüzlərlə adam iştirak edib. Manhattan, 
Bruklin, Bronx, Queens səmtlərində, Nyu-yorku təsiri altına alan soyuq havaya məhəl qoymadan müxtəlif meydanlarda görüşən könüllülər, qruplar halında 5 ayrı metro xəttinə mindikdən sonra sərnişinlərin çaşqın baxışları altında şalvarlarını çıxarıb çantalarına yerləşdiriblər. Yarı çılpaq nümayişçilər, qeyri-adi heç bir şey yox imiş kimi davranarkən, aksiyadan xəbəri olmayan sərnişinlər isə heyrətlərini gizləyə bilmədilər. Sərnişinlər, metro stansiyaları və vaqonlarda qəzet və kitab oxuyan yarı çılpaq aktivistləri yan nəzərlərlə baxmaqdan özlərini saxlaya bilmədilər. New Yorku demək olar ki, bir başından digərinə metroyla dolaşan nümayişçilər, bəzi stansiyalarda fasilə veriblər.



 EVDƏN TƏLƏSİK ÇIXDIM
 
 Buralarda bir müddət gözləyən nümayişçilər, yenidən metroya minib, yola davam etdi. Nümayişçilər, özlərinə yönəldilən suallara, şalvarımı geyinməyi unutdum, evdən tələsik çıxdım, şalvarımın etiketi narahat edirdi, ona görə çıxardım, qlobal isinməyə etiraz edirəm, şalvarım islandı, çox üşüdüm, çıxardım kimi maraqlı və yumorlu cavablar verdilər. Nyu-york metrosunda 2 saatdan çox müddət alt paltarı ilə səyahət edən şalvarsız nümayişçilərin nümayişi Union Squarede başa çatıb. Metrodan çıxandan qara və soyuğa məhəl qoymadan şəhərin göbəyində alt paltarları ilə gəzməyi davam edən nümayişçilər, daha sonra konvensiya barlarda görüşərək aksiyalarına davam etdi.
Şalvarsız nümayişçilərə polis bu il də müdaxilə etmədi. Keçmişdə keçirilən aksiyalardan birində polis, iştirakçıların mindiyi qatar xətlərindən birini dayandırmış və şalvarsız göz altına almıştı. Ancaq açılan davada hakim, şalvarsız gəzməyin qanunlara zidd olmadığına hökm edərək nümayişçiləri azadlığa buraxmışdı.



MƏQSƏDİMİZ İNSANLARI GÜLDÜRMƏKDİR
 
 Improv Everywhere adlı qrupun qurucusu olan
Çarli Todd, "Metro səfəri olduqca sıxıcı ola bilir. Məqsədimiz insanları güldürmək və metro sərnişinlərin maraqlı New York macərası yaşamasını təmin etməkdir. Həm əylənirik, həm də əyləndiririk. Məqsədimiz heç kəsi narahat etmək deyil. Şalvar geyinməmək qanunlara zidd deyil və bu haqqımızı istifadə edirik". Deyə danışdı.








loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə