Bakıda təmirçilər evin sahibəsinə təcavüz etdi » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Bakıda təmirçilər evin sahibəsinə təcavüz etdi

Bakıda təmirçilər evin sahibəsinə təcavüz etdi

11 yan 2017, 22:13, Aysel İbrahimli
0 Şərh    460 Baxılıb


Rus əsilli yaşlı qadını zorlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Camir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Azpublika.info xəbər verir ki, Beyləqan rayon sakini Camir İsmayılov 2016-cı il sentyabrın 2-də saat 13 radələrində qohumu Əşrəf Məmmədovla birlikdə tanışları Elnur Muxtarovun təklifi ilə Nizami rayonunda yaşayan rus əsilli yaşlı qadın Nataşa Çamyuvanın (ad və soyad şərti verilib) evinə su kranını və su qızdırıcısını təmir etmək üçün gediblər.


İçki məclisi


Təmir işlərini bitirdikdən sonra qohumlar yeyib-içmək qərarına gəliblər və zərərçəkən Nataşa Çamyuvanın mənzilində spirtli içki qəbul ediblər.

Sərxoş vəziyyətdə olan Camir İsmayılov qadının yataq otağına keçərək onun əl-qolunu tutub və Əşrəf Məmmədovun onu zorlamasına şərait yaradıb.


Zorlama


Nataşa Çamyuva Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyəndə Camir İsmayılov mobil telefonunu onun əlindən alıb və batareyasını çıxarıb. Sonra isə hər ikisi qadını döyərək ayrı-ayrılıqda Nataşa Çamyuva ilə zorla cinsi əlaqədə olublar.


Təqsirləndirilən şəxs evlidir və 2 övladı var.


İttiham


Cinayət işində adı keçən digər şəxslərin işi ayrıca icraata götürülüb. Camir İsmayılov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, bildirib ki, Nataşa Çamyuvanı zorlamayıb.


“Yataqda cinsi əlaqədə oldum”


Onun sözlərinə görə, qadının evində yeyib-içiblər: “Qadın da bizimlə yeyib-içdi. Sonra sərxoş olanda onunla cinsi əlaqədə olmağı təklif etdim. Nataşa Çamyuva da təklifimə etiraz etmədi. Birlikdə yataq otağına keçdim. Onunla yataqda cinsi əlaqədə oldum”.


Camir İsmayılov zorlama ittihamını qəbul etməyib və bildirib ki, ittiham olunduğu maddə üzrə ona qarşı düzgün ittiham verilməyib.

Daha sonra zərərçəkmiş qadın ifadə verib. O, evinə gələn ustalar tərəfindən təcavüzə məruz qaldığını bildirib. Yaşlı qadın təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə