Evlilik verlişinə qatılananlara verilən FANTASTİK QİYMƏTLƏR » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Evlilik verlişinə qatılananlara verilən FANTASTİK QİYMƏTLƏR

Evlilik verlişinə qatılananlara verilən FANTASTİK QİYMƏTLƏR

12 yan 2017, 00:11, AyGun Umid
0 Şərh    457 Baxılıb

Türkiyənin məşhur evlilik proqramları hər zaman insanlar tərəfindən müzakirə olunur. Bu cür proqramlar reytinqdə ön sırada olmaqla yanaşı böyük qalmaqallarla da tez-tez gündəmə gəlirlər.

Qafqazinfo”nun xəbərinə görə, izdivac verilişlərində ən çox müzakirə olunan məsələ isə iştirakçıların tamaşaçının inandığı kimi yox, əslində ssenariyə uyğun olaraq özünü aparmasıdır. Demək olar ki, hər həftə Türkiyədə bu tipli verilişlərə azərbaycanlılar da qatılır. Artıq elə bir izdivac proqramı yoxdur ki, orada türklərlə yanaşı, azərbaycanlı namizədlər də oturmasın.

Maraqlıdır ki, Türkiyə mətbuatının apardığı araşdırmaya əsasən, namizədlər Zühal Topal və ya Esra Erolun proqramlarına təkcə məşhurluğa görə yox, məhz həftəlik maaş müqabilində qatılırlar.


Ən çox Zühal Topalın aparıcılıq etdiyi proqramda bu cür halların baş verdiyi qeyd edilib.

Sözügedən proqramdan çıxan şəxslər dəfələrlə mətbuata açıqlama verərək verilişin saxta olduğunu, iştirakçıların model agentliklərindən seçildiyini bildiriblər.

Bundan əlavə, müqavilə şərtləri isə namizədlərin istəyinə uyğun seçilir. Belə ki, onlar arasında sürücü istəyən, ayda bir dəfə başqa ölkəyə istirahətə getmək eşqinə düşən, gündəlik benzin xərci tələb edənlər var. Həftəlik ödənişlər isə tanınmış və qalmaqallı iştirakçılara görə dəyişir. Məsələn, bir neçə evlilik verilişinə transfer olan Hanifə adlı gəlin namizədi həftəlik 5 min TL qazanır.

Təkcə bəy-gəlin namizədlərinə yox, efirdə şərh bildirən şəxslərə də pul verilir. Onlar
gündəlik 50-200 türk lirəsi dəyərində qonorar alırlar. İştirakçıların aldığı maaş 3500-9000 arası dəyişir.

İzdivac verilişində azərbaycanlı gəlin namizədi Naz Milana isə kifayət qədər qalmaqallı və verilişin əsas qəhrəmanlarından biridir. Onun verilişdə göstərdiyi “şou”lardan hər kəs məlumatlıdır. Hətta, bahalı gəlin namizədi digər evlilik verilişlərinin diqqətində olub. Naz bir neçə verilişlərə transfer olsa da, onun son dayanacağı Zühalın proqramıdır.

Bundan əvvəl dəfələrlə verilişdə azərbaycanlı modellər də iştirak edib. Onlardan Fatimə, Esmiranı, Əli Əkbəri misal çəkə bilərik. Onların izdivac verilişinə model agentlikləri vasitəsiylə qatılması və qonorar alması istisna edilmir.



loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə