Qaçqınların qış şərtlərində çətin həyat mübarizəsi » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Qaçqınların qış şərtlərində çətin həyat mübarizəsi

Qaçqınların qış şərtlərində çətin həyat mübarizəsi

12 yan 2017, 09:20, Aysel İbrahimli
0 Şərh    50 Baxılıb



 
 Midillidə qaldıqları çadırlar qar altında qalan qaçqınlar döyüş gəmisinə köçüb. Adalarda çadırlarda yaşayan qaçqınlar, çətin qış şəraitində böyük çətinlik yaşayır.
 
 Azpublika.info xəbər verir ki, Yunanıstanın Midilli Adasındakı Moria düşərgəsində kompleks çatışmazlığı səbəbindən çadırlarda yaşayan qaçqınların bir hissəsi Yunan Dəniz Qüvvələrinə aid bir döyüş gəmisinə köçüb.
 
 BMT rəsmiləri və könüllü təşkilatlarının, Adadakı qaçqınların qar altında qalan çadırlarda həyat döyüşü verdiyini qeyd edərək, təcili yardım dəvət etmələrinin ardından Yunanıstan Baş Naziri Aleksis Çiprasın göstərişilə Lesvos adlı desant gəmisi adaya göndərilib.
 
 Midilli limanına bağlanan gəmidə 500 nəfərlik yataq və səhiyyə şöbələrinin yerləşdiyi qeyd olunub.
 
 Alınan məlumata görə, 3 minin üzərində qaçqınının olduğu Midillidə bundan başqa, BMT rəsmilərinin təşəbbüsü ilə xəstə və uşaqlardan ibarət olan 130 nəfər adadakı müxtəlif otellərə yerləşdirilib.
 
 Avropa ölkələrinin sərhədləri bağlamasının ardından Yunanıstanda əngəl qalan on minlərlə qaçqın, yerləşdikləri düşərgələrdə qış şərtləri səbəbiylə çətin dəqiqələr yaşayarkən, adalardakı düşərgələrdə saxlanılan minlərlə qaçqın, son günlərdə bütün ölkəni təsiri altına alan yoxun qar və yağış üzündən kifayət qədər istilik tərtibatı olmayan sığınacaqlarda həyat mübarizəsi verir.
 
 Midillidə yerləşən 
Sərhəd Tanımayan Həkimlər Təşkilatı qrupunun rəhbəri Clement Perinin, Yunan orqanlarının söz verməsinə baxmayaraq, Midlli və Samos adalarında soyuq hava şəraitinə qarşı kifayət qədər tədbir görmədiyini bildirib. Perinin, Yunan mətbuatına verdiyi açıqlamada, adalardakı qaçqınların hava istiliyinin sıfırın altına düşdüyü bir şəraitdə qar və yağış altında köməksiz qaldığını, çoxu çadırlardan ibarət olan qeyri-sağlam sığınacaqlarda isti su olmadığını, isitmə vasitələrinin isə demək olar ki, yox deyiləcək nöqtədə olduğunu bildirib.


Adalarda xidmət edən BMT rəsmiləri və beynəlxalq yardım təşkilatları, qısa bir müddət əvvəl, qaçqın düşərgələrindəki həyat şəraitlərinin ağır qış şərtləri qarşısında kifayət qədər  yetersiz qaldığına diqqəti çəkərək, miqrantların isinmə tərtibatı olan başqa yerlərə daşınması dəvət etmişdi.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə