Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib

Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib

12 yan 2017, 09:40, Aysel İbrahimli
0 Şərh    137 Baxılıb



ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib.


Azpublika.info xəbər verir ki, bunu Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib.

 

“Mən gözləmək istəmirəm. Bir il və yaxud il yarım. Divarın tikintisinə tezliklə başlanılacaq. Meksikanı ABŞ-dan istifadə etdiyinə görə qınamıram. Meksika xalqını sevirəm, bir çox meksikalı şirkətlərimdə çalışıb, onların hamısı gözəl insanlardır”, deyə D.Tramp bildirib.

 

Qeyd edək ki, noyabrda Donald Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə