Məşhur müğənni, biznesmen Emin boşanmasının səbəbini açıqladı » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Məşhur müğənni, biznesmen Emin boşanmasının səbəbini açıqladı

Məşhur müğənni, biznesmen Emin boşanmasının səbəbini açıqladı

11 noy 2016, 12:32, AyGun Umid
0 Şərh    6 624 Baxılıb
Azpublika.info Baku.ws- ə istinadən xəbər verir ki, E.Ağalarov övladları, eyni zamanda Heydər Əliyev Fondunun vitse prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə boşanmasının səbəbləri barədə bir sıra açıqlamalar verib.

Emin və Leyla evliliklərinin son illərində faktiki olaraq ayrı-ayrı şəhərlərdə yaşayırdılar. Boşandıqdan sonra övladları Əli, Mikayıl və Əminə Eminlə mütəmadi olaraq bir yerdə olurlar.

"Onlar tamamilə özlərini fərqli şəkildə aparırlar. Məsələn, »əgər onlara pul verib mağazaya göndərsəm, Əli həmin dəqiqə, fikirləşmədən pullarının hamısını xərcləyəcək, Mika isə sakitcə pulları sayacaq, hesablayacaq, Onlar bacıları Əminəni çox sevirlər”, - Emin deyib.

Emin həmçinin Azərbaycan prezidentinin qızı ilə boşanması barədə danışıb. Müğənninin fikrincə,  onlar həyatlarında nəyisə "qaçırırıblar”.

"Biz möhkəm ailə yarada bilmədik, əlbəttə bunu böyük səhv adlandırmaq olar. Mənim tez-tez səfərlərim ailənin möhkəmlənməsinə səbəb olmadı”, - deyə Emin Ağalarov deyib.

Eminin sözlərinə görə, boşansalar da onlar övladlarının tərbiyəsi ilə birlikdə məşğul olmağa davam edirlər.

"Bu vacibdir. İkimiz də başa düşürük ki, bizim əsas tapşırığımız odur ki, övladlarımız həyatda özlərini tapsınlar, öyrənsinlər”, - müğənni bildirib.
 
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə