Milli Elmlər Akademiyası tarixə qovuşur?-iddia » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Milli Elmlər Akademiyası tarixə qovuşur?-iddia

Milli Elmlər Akademiyası tarixə qovuşur?-iddia

11 noy 2016, 19:32, Azad
0 Şərh    88 Baxılıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ləğv edilə bilər.

Azpublika.info Politika.Az-a istinadən  bildirir ki, prezident sərəncamı ilə Yüksək Texnologiyalar Parkının yaradılması bu prosesi sürətləndirəcək.

Rusiyada Milli Elmlər Akademiyası ləğv edilib. Azərbaycanın da analoji addım atacağı qeyd olunur. Bir müddət qabaq da AMEA-nın ləğvi gündəmdə idi. Bəzi ekspertlər qurumun demontaj olunmasının vacibliyini vurğulayırdılar.

Oradakı institutların da müvafiq universitetlərin tərkibinə daxil edilməsi təklifini irəli sürülmüşdü. Reallıq bundan ibarətdir ki, Milli Elmlər Akademiyasında saysız-hesabsız elmi fəaliyyətlə məşğul olmayan insanlar vardır.

Bu şəxslər illərdən bəri olaraq az məvacib almalarını bəhanə gətirərək işləmək, elmi yeniliklər etmək, kitablar yazmaq, sahələri üzrə araşdırmalar aparmaq, məqalələr yazmaq, elmi pillələri qalxmağa səy etmək kimi yeniliklər etmirlər. Ölkədə yaşanan iqtisadi böhran və dvlətin qənaətə keçməsi bu qurumun ləğvini aktuallaşdırıb. Heç bir iş görməyən AMEA sadəcə büdcədən əlavə xərc aparır.

Hazırda bu məsələ yuxarı dairələrdə müzakirə predmetidir. Əslində AMEA ilə tədrisin əlaqəsi uzun müddətdir ki, müzakirə obyektidir. Elm və təhsilin bugünkü durumu belə bir əlaqələndirməyə zərurət olması qənaətini yaradır.

Əslində Akademiya tipli, mərkəzləşdirilmiş elmi-tədqiqat institutları başqa dövlətlərdə də fəaliyyət göstərir və burada istiqamətə uyğun olan mütəxəssislər cəmləşdirilərək sırf elmi fəaliyyətlə məşğul olurlar.

AMEA-nın bugünkü durumu ciddi və köklü islahatlara ehtiyac olduğunu, müəyyən sahələrdə ixtisaslı kadr çatışmazlığını, əməyə görə dəyərləndirmədə tənasübün pozulduğunu və ümumiyyətlə ciddi problemlərin mövcudluğunu söyləməyə əsas verir.

Yada salaq ki, prezident İlham Əliyev daha bir sərəncam imzalayıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (bundan sonra – "YT Park”) yaradılsın.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə