Dubay-Bir Azərbaycanlının gözü ilə-Fotolar » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Dubay-Bir Azərbaycanlının gözü ilə-Fotolar

Dubay-Bir Azərbaycanlının gözü ilə-Fotolar

13 noy 2016, 18:39, Azad
0 Şərh    357 Baxılıb
Dubay-Hər gün iqtisadi cəhətdən böyüyən şəhər.

Şəhərin inkişafının başlıca səbəbi neft gəlirləri olsada hazırda turizm sahəsi bu inkişafda daha çox rol oynayır.Gün ərzində Dubayda ümumilikdə 7 milyondan çox insan oteldə qalır desək turizmin necə inkişaf etdiyini təsəvvür edə bilərsiz.

Azpublika.info turizm araşdırmasında bu dəfə Dubayı hədəfə alıb.Yaxın şərqin mərkəzində olan bu şəhərin qısaca tarixi və əhalisi haqqında məlumatları təqdim edirik:


Dubay – Birləşmiş Ərəb Əmirliyinin sahəsinə görə ikinci ən böyük əmirliyidir. Eyniadlı paytaxt – Dubay şəhəri isə bu gün Yaxın Şərqin ən məşhur turizm mərkəzi sayılır.
                         Cəmi 40 il əvvəl BƏƏ-nin yerində heç nə olmayıb, daha doğrusu, ərazi başdan ayağa səhra olub.
                 Bura dünyanın ən zəngin ölkələrindən biridir. 5 milyonluq əhalinin 59 min nəfəri dollar milyonçusudur.
                        Palma adası layihəsi üçün dənizə 94 milyon kub metr torpaq tökülərək süni ada yaradılıb.
Dubayda yerli əhalinin 20 %-ni şəhərdə görə bilərsiz.Xidmət sektorunda ümumiyyətlə ərəblər yoxdur.Əhalinin böyük qismi firma və bir çox sahələrdə yüksək vəzifədədir.Xidmət sahəsində isə əsasən Pakistan,Hindisan və digər ölkələrdən gəlmələr çalışır.
                                         Çoxluğu varlılardan ibarət yerli əhalinin işi ancaq istirahət və əyləncədir.
Dubay yol polis avtomobilləri son model sürət avtomobilləridir.Magistral yollarda sürət həddi 210 km-ə qədər arta bilir.Üstəlik ağac arxasında gizlənib radar dirəyini əvəz edən yol polisi yoxdur.
Dubayın və eyni zamanda dünyanın ən böyük göydələnlərindən biri-Burj Khalifa.Göydələn o qədər yüksəkdir ki,85 km uzaqlığdan görülür.Həmçinin Ramazan aylarında göydələndə qalanlar iftar üçün digərlərinə görə biraz daha gözləməli olur.
              Dubay zənginlərinin toz basmış avtomobilləri.Hər birini "şirin dillə" maksimum 10.000 dollara əldə edə bilərsiz.
Dubayda metro stansiyalarının xarici görünüşü eyni olsada daxili fərqlidir.Qatarlarda maşinist olmur.Avtomatik rejimdə fəaliyyət göstərir.Həmçinin metro stansiyalarının çəkilişinə dövlət "1 qəpik" belə vəsait qoymur.Belə ki,böyük ticarət mərkəzləri alıcı cəlb etmək üçün ticarət mərkəzinin yaxınlığına qədər öz hesabına qatar xətti çəkir.

Azpublika.info
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə