İraq türkmənləri kimdir? » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » İraq türkmənləri kimdir?

İraq türkmənləri kimdir?

27 okt 2016, 12:35, Azad
0 Şərh    178 Baxılıb

Eyni bir adı paylaşsalar da, İraq türkmənləri Oğuz tayfa konfederasiyasının Türkmənistan türkmənlərindən fərqli bir qolundan gəlirlər.

İraqın Türkmən icması bu əraziyə müxtəlif vaxtlarda məskun olmuş türkdilli qrupların məcmusundan ibarətdir.

İlk türkdilli köçəri tayfalar ərəb ordusunda qulluq etmələri məqsədilə Ərəb Xilafətinin təşəbbüsü ilə gətirilib və xilafətin Bizans imperiyası ilə sərhədində məskunlaşdırılıb.

Bu türkdilli tayfalar sonradan yerli əhali tərəfindən assimilyasiyaya uğramışlar. Türkdilli əhalinin bu regiona kütləvi axını 11-ci əsrdə Səlcuq ekspansiyası və 13-cü əsrdə Monqol istilası zamanı baş verib.

Bu türkdilli və sünni türkdilli tayfalar Ağqoyunlu dövləti zamanında sayca daha da artıblar. Türkləşmənin başqa bir dalğası - bu dəfə şiə və qızılbaş olmaqla - Qaraqoyunlu hökmdarlarının, Şah İsmayıl Səfəvinin (1502-1524) və Nadir şahın (1730-1747) bu əraziyə türkdilli tayfaları yerləşdirmələri ilə baş verib.


Nəhayət türkdilli əhalinin bu bölgəyə son axını 400 il sürmüş Osmanlı imperiyasının zamanında baş verib.

Nəticədə bu gün bu ərazidə yaşayan əhali müxtəlif dialektlərdə danışır, müxtəlif dini inanclara malik olsalar da, eyni etnik adı daşıyır.

Mosul ətrafında yaşayan türkmənlərin dili azərbaycancaya çox yaxındır, lakin Kərkük türkmənlərinin dili Anadolu türklərinin dilinə bənzəyir. Bununla belə, İraqın türkmən dialektləri barədə qəti qərarlaşmış bir söz demək mümkün deyil.

Lakin dilçilik baxımından türkmənlər türklər, azərbaycanlılar və Türkmənistan türkmənləri ilə birlikdə türk dilləri ailəsinin cənub-qərb qrupuna aiddirlər.

İraq türkmənləri arasında sünnilər şiələrdən azacıq çoxdurlar. Bununla belə, əhalinin 40 faizinin şiələrdən ibarət olduğu təxmin edilir. Buna baxmayaraq, dini fərqlər türkmən siyasətində əsas amil deyil və dini mənsubiyyət bir tayfanın içərisində də müxtəlif ola bilər.

Coğrafiya və əhali

Bağdad hökumətləri tərəfindən dərc olunmuş müxtəlif rəqəmlər də daxil olmaqla, türkmən əhalinin real sayı barədə razılaşdırılmış bir rəqəm yoxdur. 1957-ci ilə aid əhalini siyahıyaalmanın redaktə olunmuş variantı İraqdakı etnik qrupların demoqrafiyasına aid azsaylı mənbələrdən hesab olunur. Bu siyahıyaalmaya görə 567 min İraq türkməni İraqın 6, 3 milyonluq əhalisinin 9 faizini təşkil edirdi.

Sonrakı siyahıyaalmalar dəqiq rəqəmlərin müəyyən edilməsi üçün daha etibarsızdır. Bu gün İraq əhalisi 25 milyondur və türkmən əhalinin sayı 2 milyon nəfər olmaqla təxmin edilir, hərçənd türkmən nümayəndələrinin özləri bu rəqəmin 3 milyondan yüksək olduğunu iddia edirlər.

Lakin çox fərqli rəqəmlərin mövcud olmasına baxmayaraq, türkmənlərin ərəb və kürdlərdən sonra ölkənin üçüncü ən böyük etnik qrupu olduğu düşünülür.

İraq türkmənləri Suriya sərhədindəki Diyalə əyalətində əl-Cəzirə vadisindən başlanıb İranın cənub-şərq sərhədinədək uzanan zolaqda məskunlaşıblar.

Böyük türkmən əhalisinin və mədəniyyət mərkəzlərinin olduğu şəhərlər Tel Əfar, Mosul, Ərbil və Kərkükdür. Bundan başqa türkmənlər daha kiçik yaşayış məntəqələri olan Altın Körpü, Səncər, Daquq (Tavuq) və Tuz Kurmatu qəsəbələrində məskundurlar.

Türkmənlər həmçinin Bayat, Kifri, Qara Təpə, Qızlarbat, Xanəgin, Şəhriban, əl-Mənsuriyyə, Dəli Abbas və Qazaniyyə, habelə Diyalə-İran sərhədi boyunca Məndəli və Bədrə məntəqələrində də yaşayırlar.


Şimal-qərbdən başlanıb cənub şərqə uzanan bu əhali qurşağı şimalda kürdlərin çoxluq təşkil etdikləri regionlarla cənubda sünni-ərəb əhalisinin çoxluq təşkil etdiyi ərazilərin arasında mərkəzi mövqe tutur.

Tarixən Mosul, Ərbil və Kərkükün şəhər əhalisi arasında türkmənlər sayca çox olsalar da, bu şəhərləri əhatələyən əyalət əraziləri əsəsən kürd və başqa etnik-dini qrupların çoxluğuna malik olub.

2003-cü ildən bəri əhəmiyyətli sayda - 10 faizə yaxın İraq türkməni münaqişə, təhlükəsizlik və güclü mədəniyyət yaxınlığı mülahizələri ilə Türkiyəyə köç edib.

Müasir tarix

Türkmənlərin az qala hamısı Osmanlı imperiyasının Mosul vilayəti olmuş ərazidə məskundurlar. Bu vilayətə indiki Ninəva, Dohuq, Ərbil, Süleymaniyyə və Kərkük daxil idi. Mosul Birinci Dünya Müharibəsinin sonunadək Osmanlı idarəsi altında olub, lakin sonradan Türkiyə ilə Britaniya arasında mübahisə predmetinə çevrilib.

Osmanlı türkləri 1918-ci ilin 30 oktyabrında Müttəfiqlərlə sülh sazişini imzalayanda Mosul hələ də cəbhənin Türkiyə tərəfində qalırdı.

Lakin üç gün sonra, sülh sazişinə baxmayaraq Britaniya qüvvələri hücum edərək Mosul vilayətini işğal etdilər. Bundan aşkar məqsəd yekun sülh razılaşması əldə edilənədək regiondakı neft mədənlərini nəzarət altına almaq idi.

Lakin Türkiyə Respublikası Mosulun Britaniya tərəfindən ilhaqı ilə razılaşmırdı. Mübahisə öz həllini Millətlər Liqasında (iki müharibə arasındakı dövrdə BMT-nin sələfi olmuş təşkilat belə adlanırdı) tapmalı idi. Mübahisənin çözülməsi üçün liqada Britaniyanın təsiri altında olan komissiya yaradılmışdı. Sonda komissiya ərazinin Britaniyanın nəzarətində qalması qərarına gəldi. Britaniya öz protektoratı altında İraq Krallığı yaratdı və beləliklə, Mosul vilayətinin türkmənləri yeni ərəb dövlətinin içərisində etnik azlığa çevrildilər.

1923-1925-26-cı illərdə Birləşmiş Krallıqla Türkiyə arasındakı mübahisə zamanı Türkiyə tərəfi İraqdakı türkmən faktorundan bacardığı qədər istifadə edirdi. Ankara isbat etmək istəyirdi ki, Mosul türkmənləri ilə türklər arasında ayrılmaz vahid milli kimlik mövcuddur.

Əlbəttə, türkmənlər ərazidə Türkiyənin nəzarətinin bərpa olunmasını istəyirdilər.


Öz növbəsində Böyük Britaniya hökuməti ortaya belə bir arqument qoymuşdu ki, Türkiyə türkləri ilə İraq türkmənləri arasında fərq vardır. Lakin hətta Türkiyə və İraq arasındakı mübahisəli əraziyə aid Millətlər Liqasının hesabatını hazırlayanlar da belə bir fərqin mövcudluğunu sual altına alırdılar.

Bu, türkmənlərin beynəlxalq mübahisə predmetinə çevrildikləri ilk hadisə idi. O vaxtdan bəri Britaniya və İraq hökumətləri türkmənlərə Osmanlıların qalığı kimi şübhə ilə yanaşırdılar.

Kürdlərlə türkmənlər arasında münasibətlər də zaman-zaman gərginləşirdi. Hər iki etnik qrup İraqın şimalındakı iki böyük şəhərə - Kərkük və Ərbilə sakindirlər. Ərəb, kürd və türkmən əhalisinin məskun olduğu neftlə zəngin Kərkük mübahisə obyektidir.

Kürd tərəfi bu əraziyə və Kərkükün mədənlərindən gələn neft gəlirlərinə həmişə iddialı olub və regionun muxtar Kürdüstan ərazisinə daxil edilməsini istəyib.

Kürdlərin bu iddialarına türkmənlər əks-iddialarla cavab veriblər. Şəhərin idarəçiliyinin kürdlərin əlinə keçə bikəcəyindən narahat olan Britaniya mandat rejimi və Basğdaddakı mərkəzi İraq hökuməti əsas etibarilə türkmənləri dəstəkləyib, lakin sonunda hər iki etnik qrupun şəhərdən çıxarılaraq onun ərəbləşdirilməsinə çalışıblar.

Məsələn 1963-cü ildə Bəəs Partiyası hakimiyyətə gələndə yeni rejim əsasən ərəblərdən və türkmənlərdən ibarət “Milli Qvardiyanın” üzvlərini kürdlərin üstünə salardı. Hər dəfə Bağdad rejimi ilə İraqın şimalında yaşayan kürdlər arasdında münasibətlər pozulub gərginləşəndə, türkmənlər kürdlərə qarşı müttəfiq kimi mərkəzi hökumətin yadına düşürdü.

Osmanlı zəmanəsində sünni türkmənlər İraqın bir çox böyük şəhərlərinin inzibati elitasına daxil idilər. Lakin Britaniya mandatı və İraq Krallığının üsul-idarəsi zamanı bu imtiyazlı məqam tədricən sünni ərəblərin ixtiyarına keçdi. 1970-80-ci illərdə Bəəsçi hökumət assimilyasiya və sürgün siyasəti ilə türkmənlərin milli kimliyini təzyiqə məruz qoyurdu.

Bağdad hökumətləri kürd arzularından da istifadıə edirdilər. Məsələn, 1959-cu ildə kürdlərin türkmənlər üzərinə hücumlarının təşkili belə siyasətin göstəricisi idi.

Türkmənlərin maraqlarını təmsil edən ilk türkmən təşkilatı 1960-cı ildə yaradılıb. O zamandan bəri türkmənlərin hüquqlarını müdafiə edən çox sayda təşkilat yaranıb.

1991-ci il oyanışından sonra

1991-ci ildə baş vermiş Birinci Körfəz Müharibəsinin ardınca türkmənlərin siyasi təşkilatlarının sayı sürətlə artıb. Ümumtürkmən təşkilatı olan ilk Türkmən Milli Konqresi (Qurultay) 1997-ci ildə təsis edilib və İraq türkmənlərinin ilk konfransı elə həmin il Ərbildə keçirilib. İraq türkmənləri arasında siyasi oriyentasiyalar müxtəlifdir.

İraq türkmənlərinin bəzi siyasi partiya və hərəkatları ya Türkiyə ilə bağlıdırlar, ya da onunla həmrəylik ideyalarını yayırlar.

Digər tərəfdən başqa türkmən partiyaları ilk növbədə İraq milli siyasətində və ya Kürdüstan Regional Hökumətində təmsil olunmağa çalışırlar.

Türkmənlərin milli kimliyi və dil hüquqları 2005-ci il İraq Konstitusiyası ilə təsbit edilib. Bununla belə, onların vətəndaş haqlarının hansı dərəcədə himayə olunduğu bəlli deyil.

Konstitusiyanın 140-cı maddəsinə əsasən keçirilməli olan nizamlama prosesinin ləngiməsi və əyalət şuralarında kürdlərin hegemon təmsilçiliyi regionda olduqca dinamik gərginlik yaradıb.

İraq türkmənləri şikayətlənirlər ki, onlar həqiqi saylarının keçmiş rejim, İraq Kürdüstanın rəhbərliyi və ABŞ tərəfindən saxtalaşdırılması və bilərkdən az göstərilməsi nəticəsində marginallaşdırılıblar.

Türkmən əhaliyə qarşı mənfi rəftar İslam Dövləti təşkilatı Suriya-İraq sərhədini keçəndən və Tel Əfar və Mosul da daxil olmaqla geniş əraziləri zəbt etdikdən sonra yeni forma və vüsət kəsb edib. Hazırda çox sayda türkmən şəhərləri və kəndləri İD-in nəzarəti altındadır.

BBC & Azpublika.info



loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə