Rusiyadan ümüdünü kəsən Ermənistan Azərbaycanı NATO-ya "şikayət etdi" » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Rusiyadan ümüdünü kəsən Ermənistan Azərbaycanı NATO-ya "şikayət etdi"

Rusiyadan ümüdünü kəsən Ermənistan Azərbaycanı NATO-ya "şikayət etdi"

14 noy 2016, 15:09, Azad
0 Şərh    406 Baxılıb
Azpublika.info-nun erməni kiv-lərinə istinadən əldə etdiyi məlumatlara görə,11 noyabrda NATO mərkəzi qərargahında Ermənistan-NATO tərəfdaşlıq və təhlükəsizlik iclası keçirilib.İclas NATO baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayın başçılığı ilə həyata keçirilib.

Azpublika.info-nun məlumatına görə,erməni heyəti xarici işlər nazirinin müavini Aşot Hovakimyan və müdafiə nazirinin birinci müavini David Tonoyan başçılığında iclasa qatılıb.
İclasda Ermənistan-NATO fərdi tərəfdaşlıq planı üzrə 2015-2016 cı illərdəki hesabat müzakirə edilib.

Ermənistan xarici işlər nazirinin müavini A.Hovakimyan çıxışında NATO ilə əməkdaşlığa toxunaraq bildirib ki, 2017-ci ildə də Ermənistanın sülhməramlı qüvvələri Qafqazda və Əfqanıstanda sülh misiyalarını həyata keçirə bilər.

Müdafiə nazirinin birinci müavini D.Tonoyan isə 2016-cı ildə müdafiə strategiyalarının yenilənməsini əsas gətirərək NATO ilə əməkdaşlıq etməyin Ermənistan üçün əhəmiyyətli olduğunu bildirib.

Erməni heyəti bu çıxışlardan sonra Azərbaycan tərəfini NATO-ya şikayət etməyə başlayıb.Belə ki,Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdakı son aprel döyüşlərini NATO-da müzakirə edən heyət sədrləri bu halın təkrar yaşanmaması üçün NATO-dan kömək istəyib.

NATO-ya üzv ölkələrin nümayəndələri isə açıqlamalarında Ermənistan-NATO əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.Onlar Dağlıq Qarabağın tez bir zamanda həlli üçün ATƏT-in Minsk qrupunu dəstəklədiklərini ifadə edib.


Əlbəttə illərdir Azərbaycan torpaqlarını işğal edən Ermənistan ilə əməkdaşlığa böyük əhəmiyyət verən bir qurum bunu Ermənistanı sevdiyi üçün etmədiyi ortadadır.Məhz aprel döyüşlərində Moskvanın zənciri altında hərəkət edən zavallılar,zəncirin boş olması ucbatından yönünü okeanın o biri tərəfinə çevirib.

Son günlər Azərbaycan ordusunun iri miqyaslı təlimlər və Rusiyanın Qarabağ məsələsində Azərbaycanın mövqelərini dəstəkləməsi erməniləri bu yolu atmağa vadar edib.

Ancaq Qafqaz-a NATO qoşunu yeritmək  rəsmi Moskvanın maraqlarında olmadığı üçün yaxın zamanda Rusiyadan cavab gələcəyi şübhəsizdir.

Azpublika.info - Bizi izləməyə davam edin.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə