Dollar bu gün yeni tarixi rekord vuracaq - Azərbaycanda » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Dollar bu gün yeni tarixi rekord vuracaq - Azərbaycanda

Dollar bu gün yeni tarixi rekord vuracaq - Azərbaycanda

15 noy 2016, 13:30, AyGun Umid
0 Şərh    155 Baxılıb
Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 16-na olan rəsmi məzənnəsini 1,7024 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir.
 
"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,7024 AZN/USD olub.
Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,41% artması deməkdir.

Növbəti iş gününə (noyabrın 16-na) rəsmi məzənnə 1,7024 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,6954 AZN/USD) qeydə alınıb.

"Report"un analitik qrupu isə noyabrın 16-na olan AMB-nin rəsmi məzənnəsinin 1,704 AZN/USD səviyyəsini keçəcəyini istisna etmir.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə