Az Pulla Öz İşinizi Qura Bilərsiniz! » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Az Pulla Öz İşinizi Qura Bilərsiniz!

Az Pulla Öz İşinizi Qura Bilərsiniz!

16 noy 2016, 12:35, Azad
0 Şərh    119 Baxılıb
Bir çox sahibkarlar yox deyiləcək qədər az bir sərmayə ilə öz işini qurmuşdur. Əslində kredit götürmək iş qurma və inkişaf yolunda sahibkarların kürəyindəki yükü qaldıran bir variantdır. Lakin iş qurmaq və böyütmək çox az bir sərmayə ilə də mümkündür ancaq bunun üçün əmək sərf etmək önəmlidir. Sizlər də məhdud büdcənizin uğurlu iş və karyera yolunda sizlərə mane olmasına icazə verməyin. Aşağıda, yolun başlanğıcındakı sahibkarlar üçün işlərini müvəffəqiyyətli bir şəkildə inkişaf etdirməyə köməkçi olacaq 5 önəmli məsləhət:
 
1. Sosial şəbəkələrdən yararlanın
Bir fikrin gerçək bir iş halına dönməsində ən vacib addım, bir müştəri və ya istifadəçi təməli yaratmaqdır. Bu, başlanğıc mərhələsində olan şirkətlər üçün çətin bir addım ola bilər. Bu vəziyyətdə sahibkarlar öz fərdi şəbəkələrini açmalıdır.
Mən öz işimə başlayanda etdiyim ilk şeylərdən biri nə etdiyimi izah etmək üçün tanışlarla təmasa keçmək oldu. Başlanğıcda 3 müştərim oldu: biri qohumumun çalışdığı bir şirkət, biri universitetdə təhsil alarkən könüllü çalışdığım bir şirkət, digəri isə dostumun vasitəsi ilə tapdığım bir şirkət.
Bu gün müştərilərimizin yüzdə qırxdan çoxunu onlarla müştərilərimizə borcluyuq. Yəni başlanğıcda bir müştəri bazası yaratmaq işin böyüməsi istiqamətində böyük bir addım olacaq.
 
2. Mübariz olun
Uğurlu bir başlanğıc etmək, sahibkarların inanılmaz dərəcədə inadkar və mübariz olmasını tələb edir. Yeni iş sahibləri, müəyyən işləri yerinə yetirmək və ya kadrlarla çalışmaq üçün hər zaman kifayət qədər qaynaq və ya büdcəyə sahib olamaya bilər, bəzi vəzifələri özlərinin boynuna götürmələri lazım ola bilər. Sahibkarlar əlində var olanı qiymətləndirməli, əlində nə var və onlarla nə edə bilər; bunu təyin etməlidir.
Yeni sahibkarlar ayağını yorğanına görə uzatmalı ancaq ehtiyacları üçün də sərf etməkdən çəkinməməlidirlər.
 
3. Tövsiyyələri nəzərə alın
Sahibkarlar insanların təcrübələrini; müvəffəqiyyətləri və uğursuzluqları barədə öyrənməli, onları nəzərə almalı və onlardan özlərinə istiqamət verici nəticələr çıxarmalıdır. Yəni Amerikanı yenidən kəşf etməklə məşğul olmağa ehtiyac yoxdur. Sizlər də sahibkarların təcrübələrindən faydalanın və addımlarınızı asanlaşdırın.
Bəzi kitab və internet saytları sahibkarlara kömək edə bilər ancaq təcrübəli bir insanla danışıq aparmaq digər heç bir kömək vasitəsilə ilə yarışa bilməz. Sizlər də ətrafınızda işinizlə əlaqədar təcrübəli şəxslərdən faydalanın. Təcrübələri haqqında dürüst və açıq sözlü kəslərlə danışıqlar aparın. Ancaq sizi rəqibi olaraq görəcək kəslərə qarşı da diqqətli olun. Bu işin pik nöqtəsi GÖRÜŞƏCƏYİNİZ şəxslərə onların fanatı kimi yaxınlaşmağınız.
 
4. Fərqlilik yaradın
İş dənizindəki oxşar variantların, təkliflərin meydana gətirdiyi dalğaya müqavimət göstərmək sahibkarlar üçün çətin ola bilər. Bəs sahibkarlar məhşurluğa sahib olmadan necə gözəl çəkici bir variant ola bilərlər? Sahibkarlar eyni işlər görərkən özlərini digərlərindən fərqləndirən addımlar atmalı və bu sahədə özlərinin fərqli olduğunu insanlara hiss etdirməlidir. Sahibkarlar şirkətlərində və ya işlərində elə bir dəyər və ya fərqlilik yaratmalıdır ki, müştərilər və investorlar oxşar fəaliyyət göstərən şirkətlər içərisindən sizin şirkətinizi üstün tutsun. Təbii ki bunun üçün də rəhbərlər fəaliyyətlərini araşdırmalı, müştərinin və sərmayəçinin ehtiyaclarını yaxşı müşahidə etməlidirlər.
 
5. Qiymətləndirmə məsələsində yaradıcı və rəqabətli olun
Oxşar sektorun sınanmış və müvəffəqiyyətə çatmış yollarından biri də qiymət fərqliliyidir. Eyni sahədə adını eşitdirmək istəyən yeni iş sahibləri üçün bu addım, performans və ya keyfiyyət yönümlü qiymətlərə diqqət edən müştərilər üçün gözəl bir variant və investorlar üçün yaxşı bir təşviq ola bilər./Cazibe.info/





loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə