Soyunan müğənnilərə sərt sözlər “...Heyvanları xatırladır” - FOTOLAR » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Soyunan müğənnilərə sərt sözlər “...Heyvanları xatırladır” - FOTOLAR

Soyunan müğənnilərə sərt sözlər “...Heyvanları xatırladır” - FOTOLAR

17 noy 2016, 17:03, Azad
0 Şərh    360 Baxılıb
Ayaz Salayev: “Bu, müəyyən qədər heyvanları xatırladır”

Naibə Allahverdiyeva: “Soyunanların sosial şəbəkədə izləyiciləri daha çoxdur”

Qan Turalı: “Sənətlə kim gündəmə gələ bilir ki..?”

Elza Seyidcahan: “Pozğunluğun sonuncu dərəcəsidir”

Məryəm Əlizadə: “Özləri belə istəyirlərsə, biz nə deyə bilərik…”

Son vaxtlar gənc aktrisalar, xüsusən də müğənnilər müxtəlif səbəblərdən tez-tez soyunurlar. Təbii ki, onların soyunması səhnədə, filmdə deyil, daha çox sosial şəbəkələrə təsadüf edir. Əvvəllər bu hallar ictimaiyyət tərəfindən kəskin tənqidlə qarşılanıb, rezonans doğursa da artıq bu adi bir hala çevrilib.

Bir sözlə soyunan sənətçilər artıq əvvəlki qədər maraq toplaya bilmirlər. Qınaq obyektinə çevrilənlərin bəziləri isə “çılpaqlıq, çılpaq qadın bədəni bütün dünyada estetika, sənət kimi qəbul edilir” deyib, özlərinə bəraət qazandırmağa çalışırlar.

Bəs, soyunan müğənni və ya aktrisaların sənətə, estetikaya aidiyyatı varmı?

Bir müddət əvvəl aktrisalara səhnədə soyunmaq çağırışı etdiyi üçün tənqidlərə tuş gələn tanınmış rejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev suala bu cür cavab verdi: “Yox, qətiyyən! Mən çılpaqlığı müdafiə edirəm, amma o halda ki, o çılpaqlıq sənət əsərinin içərisindədir. Məsələn, sənət əsəri olan filmdə olanda... Ancaq sənət əsəri olan əsərlər, filmlərdə... Amma bu cür yox. Bunu qarışdırmaq olmaz. Bir qayda olaraq mən hər zaman olaraq sərbəstliyin tərəfdarıyam, amma bu halda yox. Bir-iki dəfə mən də sosial şəbəkədə soyunanları görmüşəm, görmüşəm və gördüyüm estetikadan kənar bir şey idi.

Əsl aktrisa heç vaxt özü soyunmaz. Yalnız rejissorun tələbi ilə bunu edə bilər. Mən belə düşünürəm. Bəli, bu, başqa şeyləri xatırladır, müəyyən bir heyvanları xatırladır. Sənətin ona heç bir dəxili yoxdur”.
Bir çox film və tamaşalarda cəsarətlə açıq-saçıq səhnələr oynayan aktrisa Naibə Allahverdiyeva da səhnədən kənarda soyunmanı qəbul etmədiyini dedi: “Çox təəssüf ki, əvvəllər müğənnilərin sənətinə qiymət verilirdisə, indi onun geyiminə, görkəminə daha çox dəyər verilir. Doğrudur, deyirlər ki, filankəs gözəl sənətkarımızdır, amma konsert olanda görürsən ki, dəyər daha çox soyunanlara verilir. Baxırsan ki, soyunanların sosial şəbəkədə izləyiciləri daha çoxdur, çalışırlar ki, onların konsertlərinə, tamaşalarına getsinlər. 5 gün onları söyürlər, sonra isə onu alqışlayırlar. Bu şəraiti yaradan elə tamaşaçılardır. Əgər onlar soyunanları boykot etsələr, onlar daha  bu cür hərəkətlərə yol verməzlər.

Soyunmaq sənət deyil. Sənət başqa şeydir. Aktrisa üçün sənət onun roludur. Aktrisa soyuna bilər, amma harada lazımdırsa, orada... Əsərdə əgər mütləq lazımdırsa, bunu edə bilər.

Səhnədə də soyunanda elə soyunmaq lazımdır ki, bunun özündə də bir gözəllik, estetika olmalıdır, tamaşaçı ondan qıcıqlanmamaldır. Tamaşaçı onun bədəninə deyil, onun hansı səbəbdən soyunmasına baxmalıdır. Aktrisanın sosial şəbəkədə soyunmasını isə qətiyyən qəbul etmirəm”.
Yazıçı Qan Turalı isə mövzuya belə münasibət bildirdi: “İndi desəm ki, aktrisa sənəti ilə gündəmə gəlməlidir, aktrisa da qayıdacaq ki, sənət var? Yəni sənətlə kim gündəmə gələ bilir ki? Filmlər də çəkilir, yaxşı tamaşalar da qoyulur. Amma baxan kimdi? Demirəm baxan yoxdur, azdır amma... Sənət gündəmə gəlmir. Bax, elə götürək bizim sonuncu mogikanı, Fuad Poladovu... Əlli dəfə Qacarı oynamışdı, gəlib baxmırdılar. Sonra da gedib “Facebook”da yazırlar ki, sənətkar gərək sənəti ilə gündəmə gələ... Teatrın yolunu tanımayan adamlardır, bunlar...
Məncə gündəmə gəlməyin başqa yolu yoxdur, bu ölkədə... Ya gərək işdən çıxaralar, ya gərək soyunasan, ya da kiminləsə saçyolduya çıxasan. Gerçəklik budur. Amma di gəl ki, bu gerçəkliyi də istismar edirlər. O xanım (tez-tez soyunmaqla gündəmə gələn müğənni Afaq Aslanı nəzərdə tutur - X.G.) Aslan müəllimin nəvəsidir. Mən Aslan müəllimi Aristotelin “Poetika” əsərinin tərcüməsi ilə tanıyıram, xatırlayıram. İndi nə deyim? Necə xatırlayım? Belə baxanda problem də yoxdur. Kim istəyir soyunur, kim istəyir geyinir. Əsas odur ki, sənətimiz çılpaq qalmasın. Sənətimiz yüksəklikdə olsun. Sənətimiz üşüməsin. Sənət üşüyəndə millət donur, çünki…”
Əməkdar artist Elza Seyidcahan da həmkarlarının soyunmasını sənət kimi qəbul etmədiyini bildirdi: “Mən qətiyyən bunu qəbul etmirəm. Çünki bizim mentalitetimizə adət-ənənəmizə yaraşmayan hərəkətlərdir. “Aşığın sözü qurtaranda dalay-dalay edər” deyirlər, yəqin onların da sözü qurtarıb, elə bilirlər ki, xaricilər çılpaq reklam olunurlar. Xeyr, əgər xaricilər soyunurlarsa, bunda bir məna olur. Amma bizdə bəziləri hətta yataq otağından olan fotolarını da öz “İnstaqram” səhifələrində paylaşırlar, bu artıq pozğunluqdur. Pozğunluğun sonuncu dərəcəsidir. Əgər səhnədə soyunurlarsa, açıq-saçıq şəkildə rəqs edirlərsə, buna sözüm yoxdur”.

Sənətşünaslıq doktoru Məryəm Əlizadə də bu məsələyə öz münasibətini bildirib: “Bu, bizim millətə xas olan bir şey deyil. Bizlərdə abır-həya əxlaq, bu kimi şeylər həmişə uca tutulub. Gözümüzü açandan analarımızdan, nənələrimizdən eşitmişik ki, qadın açıq-saçıqlıq nümayiş etdirməməlidir. Bu, mentalitetimizə ziddir. Bədəni ortalığa qoymaq, çılpaq şəkildə ortaya çıxarmaq olmaz. Bilmirəm, indi kim bədənini belə açıq göstərir, bu, onların şəxsi işdir. Amma özləri belə istəyirlərsə, biz nə deyə bilərik…”/Musavat.com/













loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə