Amazon saytına sərt reaksiya!!! » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» Amazon saytına sərt reaksiya!!!

Amazon saytına sərt reaksiya!!!

17 noy 2016, 20:44, Aysedora
0 Şərh    30 Baxılıb

ABŞ-ın elektron ticarət nəhəngi Amazon saytından alınan kiçik məhsullar üçün istifadə etdiyi həddindən artıq böyük paketlərə görə tənqid atəşinə tutulub.


Müştərilər sosial mediada şirkəti tənqid edib. Twitterdə çox saylı istifadəçilərdən biri anasının saytdan sifariş etdiyi məhsulun paketinin fotoşəklinin altına: "Deyəsən,  anamı paket dənizində itirdim" deyə yazıb.



Digər bir istifadəçi aldığı vint açanın qoyulduğu nəhəng paketin fotoşəkillərini paylaşaraq  "Amazon  bir vintaçana görə bu qədər əziyyət çəkib. Çox gülməlidir" deyə rəy bildirib.


Amazona bu məsələdə həm müştərilərdən həm də lazımsız böyük qablaşdırmaların kağız israfı olduğunu bildirən ekoloqlar da aylardır şikayət edirlər.


Nəhəng e-ticarət saytı məsələ ilə bağlı açıqlamasında alınan məhsulun ölçülərini düzgün şəkildə ölçüb ona uyğun paketləmə edəcək yeni proqramın istifadə ediləcəyini bildirib. Yeni proqramın Avropada 1 il ərzində istifadə edilməsi gözlənilir. Ancaq pilot tətbiqi kimi açılacaq yeni proqramın istifadəsinin təsiri 20 aydan sonra bilinəcəyi bildirilir.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə