Günlük Bürclər : 21.11.2016 » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Günlük Bürclər : 21.11.2016

Günlük Bürclər : 21.11.2016

21 noy 2016, 00:07, Azad
0 Şərh    696 Baxılıb

Qoç - bütün uğursuzluq və çətinlikləri ürəyinizə salmayın. Fikrə düşməyin, bədbinləşməyin. Yaxınarınız sizə yardım etmək istəyir, amma sizin laqeydliyinizi görərək kənar dururlar. Onlar ünsiyyəti minimuma endirirlər.


Buğa - alış-veriş, faydalı fəaliyyət üçün münasib zamandır. Kiçik məsələlərdə hiyləgərlik etməyin. Yalanlarınızın üstü tezliklə açılacaq. Bu isə həddən ziyadə xoşagəlməz məsələdir.


Əkizlər - fəlsəfənin bəzi müddəalarını indi gerçək həyata tətbiq edə bilərsiniz. Çoxsaylı faydalı məlumatlar əldə etmək üçün səy göstərin.


Xərçəng - bir sıra problemləri həll etməyə və əvvəllər hazırladığınız planları reallaşdırmağa imkan verən gündür. Nəyi niyə etdiyinizi yaxşı anlayın ki, kobud səhvlərə yol verməyəsiniz. Yeniliyi tez əxz edin.


Şir - evlə bağlı problem sürətlə həllini tapacaq. Yaxınlarınızla asanlıqla dil tapın. Dəyər verdiyiniz insanları sevindirməyə tələsin. Yeni hisslərə başlamaq üçün münasib zamandır. İntuisiya sizi aldatmayacaq. Etibarınıza layiq insanla tanış olun.


Qız - hər addımınızı yüz ölçüb bir biçin. İlk baxışda gözə dəyən qərarların əksəriyyətinin dürüst olmadığını anlayın. İşdə həmkarlarınızla çoxsaylı fikir ayrılıqları stress və əsəbə səbəb ola bilər.


Tərəzi -  təxribatlara uymayın, yalanlara aldanmayın. Bədxahlar sadəlövhlüyünüzdən yararlana bilərlər. Manipulyasiyalar və intriqalar toruna düşə bilərsiniz.


Əqrəb - potensial iş yeri sahibləri və işgüzar tərəfdaşlarla görüş üçün yaxşı zamandır. Yaxınlarınızla səmimi, həssas olun. Onlar hər qələbənizə sevinirlər.


Oxatan - əs cins mənsubu ilə münaqişə ehtimalı artır. Sözlərinizə kəskin reaksiya verilir. Günün ikinci yarısı daha uğurludur və işdə müvəffəqiyyətlər vəd edir.


Oğlaq - günün ilk yarısında mühüm işə başlamayın. Bu dövrdə təməli qoyulan proseslər sonradan qənaətbəxş nəticələr verməyəcək. Müttəfiq axtarışlarınız konkret nəticə verməyəcək. Sərt tənqidlərə əl atmayın, aqressiv davranmayın.


Dolça - özünüzə çox güclü düşmən qazanacaqsınız. Maliyyə itkiləri, uğursuz anlaşma, cərimə təhlükəsi var. Borc vermək məsləhət deyil. Borc ala bilərsiniz.


Balıqlar - yetərincə çətin gündür. Çox işləməli, yanlışlıqların fəsadlarını aradan qaldırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları, mübahisələr yaranacaq. Rütbəyə, vəzifəyə, tutduğu mövqeyə baxmadan insanları sərt tənqid etməyin.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə