Tehranla münasibətlərdə kritik həftə - Ruhani Bakı bəyanatını İrəvanda təkrarlayacaqmı? » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Tehranla münasibətlərdə kritik həftə - Ruhani Bakı bəyanatını İrəvanda təkrarlayacaqmı?

Tehranla münasibətlərdə kritik həftə - Ruhani Bakı bəyanatını İrəvanda təkrarlayacaqmı?

21 noy 2016, 11:42, AyGun Umid
0 Şərh    102 Baxılıb

Bu həftə İran prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək. “Fars” agentliyinin məlumatına görə, rəsmi ziyarət Ermənistan prezidenti Serj Sərkisyanın dəvəti əsasında baş tutacaq. Bu, prezidentlik müddətində Həsən Ruhaninin İrəvana ilk səfəri olacaq. Bakıda isə o, artıq iki dəfə olub - 2014 və 2016-cı illərdə.
Ermənistan səfərinə gəlincə, az öncə İranın İrəvandakı səfiri Seyid Kazem Səcadi ziyarətin tezliklə reallaşacağını bildirmişdi: “İranın Ermənistanla dostluq münasibətləri var və müəyyən edilmiş vaxtda səfər baş tutacaq. Həsən Ruhaninin Ermənistana ziyarəti ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirəcək və dərinləşdirəcək”, - deyə diplomat qeyd eləmişdi.
*****
Həsən Ruhaninin İrəvan səfərinə hazırlıq əslində yaydan gedir - nə vaxt ki, İran lideri Bakıda olmuş, burada Azərbaycan prezidenti İlham Əliyevlə görüşdükdən sonra Putinin də qatıldığı prezidentlərin üçtərəfli zirvə toplantısında iştirak eləmişdi. Başqa sözlə, Ruhaninin Ermənistan səfəri həm də Bakı səfərinə bir növ cavab, yəni “balans” xarakteri daşıyır.

Lakin Ermənistanın işğalçı tərəf olması və on illərdir Azərbaycan torpaqlarını işğal altında saxlaması iri müsəlman dövlətinin başçısı kimi H.Ruhaninin bu ölkəyə ziyarətinə xüsusi ağırlıq verir və təbii ki, Azərbaycanı rahatsız etməyə bilməz. Təəssüf ki, müsəlman Türkiyə və müsəlman Pakistandan fərqli olaraq, müsəlman İran Ermənistanla çoxdan hərtərəfli siyasi-diplomatik, iqtisadi-ticari əlaqələrə, yetərincə isti münasibətlərə malikdir, faktiki, təcavüzkar üçün “nəfəslik” rolundadır (müsəlman Türkiyə və Pakistanın rəsmiləri nəinki Ermənistana səfər etmirlər, işğalçı ölkə ilə, ümumiyyətlə, diplomatik əlaqələr mövcud deyil).    
İran prezidentinin Ermənistana ilk ziyarəti bu mənada, İrəvanın işğalçılıq siyasətinə cənub qonşumuzun dolayısıyla dəstəyi anlamına gələ bilər. Hər halda məhz bu cür səfərlərdən sonra bir qayda olaraq, erməni rəsmilərinin ayağı yer alır, Azərbaycana qarşı onlar ritorikanı sərtləşdirirlər.

Üstəlik, budəfəki səfər düşmən ölkənin Dağlıq Qarabağ məsələsində daha radikal tövr sərgilədiyi, təmas xəttində təxribatları artırdığı dönəmə təsadüf edir. Maraqlıdır ki, məhz Ruhaninin İrəvan səfəri ərəfəsində - ötən həftə BMT Baş Məclislində Krımda insan haqları ilə bağlı qəbul edilən və Ukraynanın ərazi bütövlüyü dəstəklənən qətnaməyə qarşı çıxmış 23 ölkə arasında İran və Ermənistan da yer alıb. Təbii ki, Rusiya da sənədin əleyhinə səs verib. Bu faktı da yeri gəlmişkən, qeyd elədik.
Hərçənd, rəsmi Tehran vaxtaşırı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, lakin problemin güc yolu ilə deyil, məhz danışıqlar yolu ilə nizamlanmasının vacibliyini vurğulamağı da unutmur. Ermənistan isə dinc yol anlamır - yenə məhz Rusiya, İran kimi onunla isti münasibətlər saxlayan ölkələrə arxayın olduğu üçün.   *****
Ancaq cənab Ruhaninin bu yay Bakıda verdiyi Qarabağ bəyanatı da unudulmayıb. İran prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, “Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və buna həmişə səy göstərir”.

Prezident Ruhani görüş zamanı Qarabağ məsələsi ilə bağlı da danışıqlar apardıqlarını söyləmişdi. Sitat: “Son vaxtlarda olan vəziyyət barədə məlumat aldıq. İran inanır ki, regionda sülh və sabitlik bərpa olunacaq. Münaqişə sülh danışıqları ilə həllini tapmalıdır. Regionun müxtəlif məsələləri sülh və sabitlik yolu ilə öz həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi həmişə bu problemin həllinə səy göstərib. Bununla bağlı əlimizdən gələni əsirgəməyəcəyik”.
Bundan təxminən iki il öncə - 2014-cü ildə etdiyi Bakı səfəri zamanı da İran lideri analoji mövqe sərgiləyərək, Azərbaycanın mövqeyini dəstəkləmişdi. Həmin mövqe birgə bəyanatın Dağlıq Qarabağ probleminə aid hissəsində belə əksini tapmışdı: “Tərəflər BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərin zor gücünə dəyişdirilməsini qəbuledilməz sayır, konfliktlərin suverenlik, sərhədləri toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinə tərəfdar olduqlarını bəyan edirlər. Eyni zamanda Qarabağ münaqişəsinin beynəlxalq normalar əsasında həllinin vacibliyini qeyd edirlər” (Göründüyü kimi, bəyanatda erməni tərəfin tez-tez apelyasiya etdiyi öz müqəddəratını təyinetmədən söz açılmır).

Bütün bunlar, əlbəttə ki, qonşuluq münasibətləri baxımından normal yanaşmadır, yaxşıdır. Ancaq yetərli deyil. Daha önəmlisi o olardı ki, hörmətli Həsən Ruhani eyni mövqeyi İrəvanda da bəyan edib, Sərkisyan rejimini ağla gətirəydi, ona tezliklə sülhə gəlməyəcəyi təqdirdə müharibənin qaçılmaz olacağını anladaydı. Anladacaqmı?  
Unutmayaq ki, Ermənistan İran üçün iqtisadi cəhətdən heç bir strateji önəm kəsb eləmir. Azərbaycanla müqayisədə bu önəm müqayisəyə belə gəlməz. Ermənistan Azərbaycan qədər İrana vacib ölkə deyil. Bunu prezidentlərin yaydakı üçlü sammiti və bu sammit çərçivəsində qəbul edilmiş anlaşmalar bir daha nümayiş etdirdi. Ötə yandan, Tehran istəsə belə İrəvanla çox yaxınlaşa bilməz, Rusiya imkan verməz.


O zaman niyə də Həsən Ruhani Ermənistana öz yerini göstərib, onu Qarabağ məsələsində, nəhayət, ədalətli mövqe tutmağa çağırmasın, Bakıda söylədiyini İrəvanda təkrarlamasın - əgər cənub qonşumuz da regionda daimi və ədalətli sülhün tərəfdarıdırsa?

Bu mövqe Ruhaninin “dostum və qardaşım” adlandırdığı prezident İlham Əliyevin problemin ən optimal həll yolu kimi irəli sürdüyü “muxtar respublika” təklifi ilə həmahəng səslənərdi və o üzdən Azərbaycan üçün indi prinsipial əhəmiyyət daşıyır. İran lideri Bakıdakı prinsipial mövqeyini Ermənistan paytaxtında təkrarlayacaqmı?

Bir neçə gün gözləyək. (musavat.com)

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə