Meymun hicablı qıza sataşdı, iki nəsil atışdı: 21 ölü, 50 yaralı - VİDEO - FOTO » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Meymun hicablı qıza sataşdı, iki nəsil atışdı: 21 ölü, 50 yaralı - VİDEO - FOTO

Meymun hicablı qıza sataşdı, iki nəsil atışdı: 21 ölü, 50 yaralı - VİDEO - FOTO

23 noy 2016, 09:31, Aysedora
0 Şərh    39 Baxılıb

Liviyanın Sabha şəhərində meymunla bağlı insidentdən sonra iki nəsil arasında baş vermiş atışmada azı 21 nəfər həlak olub.

Azpublika.info Milli.Az saytının Al Arabiya-ya istinadən yaydığı məlumatı təqdim edir: 


Güdedfa nəslindən olan 34 yaşlı kişinin meymunu  Əvlad Süleyman nəslindən olan hicablı məktəbli qıza hücum edib. Meymun 13 yaşlı qızın başındakı hicabı açıb, onu cırmaqlayıb və dişləyib.


Qızın atası və qardaşları qisas almaq üçün meymunun sahibi ilə bahəm, onun iki oğlunu güllələyiblər.

Əvlad Süleyman və Güdedfa nəsilləri arasında atışma günlərlə davam edib.

Ölənlərin sayı, çox güman ki, daha çoxdur, çünki hələlik sadəcə, Əvlad Süleyman nəslindən itkilərlə bağlı xəbərlər verilir.

Məlumatlarda, döyüş zamanı tanklar, raketlər, minomyotlar və ağır silahlardan istifadə edildiyi və azı 50 adamın yaralandığı deyilir.


Güdedfa nəsli Liviyanın mərhum lideri Müəmmər Qəzzafinin də mənsub olduğu Qəzzazfa qəbiləsinə məxsusdur.

Şəhər hospitalının baş həkimi Əbdel Rəhman Areşin dediyinə görə, yaralıların sayı artır. Onların əksəriyyətinin vəziyyəti kritikdir.

Səbha şəhəri Liviyanın paytaxtı Tripolidən 660 km cənubdadır.


Videonu izləmək üçün şəklə klikləyin:





loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə