Bugün:
USD 61.7655    CNY 97.9783    EUR 75.7924    JPY 57.2592
Baku °C
Sitemizi değerlendirin
Son şərhlər
» » Salyanda vətəndaş DYP postuna silahlı basqın etdi

Salyanda vətəndaş DYP postuna silahlı basqın etdi

02 Mar 2018, 21:40, Admin
0 Şərhlər    2 482 Baxış


Ələt-Astara magistralının Salyan ərazisində yerləşən DYP postunda silahlı insident baş verib.

 

AzPublika.info-nun məlumatına görə, hadisə 10 saylı tağıma məxsus DYP postunda qeydə alınıb.

 

Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü  Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək ov tüfəngindən post istiqamətində atəş açıb. Daha sonra ona məxsus minik avtomobili ilə oradan uzaqlaşıb və Salyan şəhərində maşınla Salyan rayon polis əməkdaşı, 1982-ci il təvəllüdlü Dəmirov Raqib Həmdulla oğluna yüngül xəsarət yetirib.

 

Məlumata görə, qeyd edilən şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. O.Bağırov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb,  araşdırma aparılır.(APA)
loading...
Şərhlər
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız