Bugün:
USD 61.7655    CNY 97.9783    EUR 75.7924    JPY 57.2592
Baku °C
Sitemizi değerlendirin
Son şərhlər
» » Yeni Prezidentdən Qarabağ vədi:Böyük sülh sazişi,YOXSA MƏĞLUBİYYƏT?

Yeni Prezidentdən Qarabağ vədi:Böyük sülh sazişi,YOXSA MƏĞLUBİYYƏT?

02 Mar 2018, 22:22, Admin
0 Şərhlər    3 378 Baxış

Ermənistan parlamenti 2015-ci ildə konstitusiyaya edilən dəyişikliklərə əsasən, gizli səsvermə yolu ilə ölkənin yeni prezidentini seçdi. Səsvermənin nəticələrinə görə, Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçilib. Səsvermədə iştirak edən 101 deputatdan 90-nı onu dəstəkləyib (79 səs lazım idi – red.), 10-u namizədliyinə qarşı çıxıb, bir bülleten isə etibarsız hesab edilib.

Ölkənin keçmiş baş naziri və Böyük Britaniyadakı səfir Armen Sarkisyan bu vəzifəyə tək namizəd idi. Onun namizədliyi hakim Respublikaçılar Partiyasının adından indiki dövlət başçısı Serj Sarkisyan tərəfindən təklif edilmişdi. Rəsmi olaraq isə Armen Sarkiyanın namizədliyi Respublika Partiyası və “Daşnaksütyun” Partiyasının parlament fraksiyalarının 65 deputatı tərəfindən irəli sürülüb. Səsvermə zamanı, Armen Sarkisyanı bu iki fraksiyadan başqa, parlamentdə 31 deputatla təmsil olunan “Tsarukyan” fraksiyası da dəstəkləyib.

“Yelk” (“Çıxış” - 9 deputatla təmsil olunur - red.) müxalifət fraksiyası daha əvvəl bildirmişdi ki, Sarkisyana qarşı səs verəcək.

Ermənistanın yeni prezidenti aprelin 9-da səlahiyyətlərin icrasına başlayacaq. Həmin gün hökumət istefaya gedəcək və hazırkı prezidenti Serj Sarkisyanın səlahiyyət müddəti başa çatacaq. Yeni prezidentin işə başlaması ilə ölkə tamamilə parlament idarəçilik üsuluna keçəcək. Yeni Konstitusiyaya uyğun olaraq, prezident yeddi il müddətinə seçilir.

Armen Sarkisyan kimdir?

Armen Sarkisyan 1953-cü il iyunun 23-də İrəvanda doğulub. İrəvan Dövlət Universitetinin fizika və riyaziyyat fakültəsini bitirib. 1984-cü ildə İrəvan Dövlət Universiteti, 1989-1991-ci illərdə Kembric Universiteti və London Universitetinin Riyaziyyatı İnstitutunda dərs deyib.
Armen Sarkisyan

O, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Səhhətindəki problemləri əsas gətirərək bu vəzifədən istefa verib. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiri idi.

“British Petroleum”, “Alcatel" və “Telefonica” şirkətlərində konsultanq işləyib, Avrasiya mediaforumunun əsasını qoyub.
Armen Sarkisyan Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda müxtəlif sahələrdə fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. Onun Yaxın Şərqdə və Britaniyada yaxın çevrəsinin olduğu barədə məlumatlar var.

Armen Sarkisyan haqqında birmənalı informasiya yoxdur. Xüsusilə onun beynəlxalq əlaqələrə malik sirli adam olduğu deyilir. Diqqət çəkən digər məqam isə onun Dağlıq Qarabağ münaqişəsinin ərazilərin azad olunması variantı ilə həllini istəyən keçmiş prezident Levon Ter-Petrosyanın dövründə başı nazir postunu tutmasıdır. Ter-Petrosyan da onu beynəlxalq əlaqələrinə görə bu posta təyin etmişdi. Lakin Ermənistan mediası Armen Sarkisyanın da Ter-Petrosyan kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyinə uyğun həllini dəstəkləməsindən və prezidentliyi dövründə buna çalışmasından narahatdır.
Karen Karapetyan

Armen Sarkisyanın özü parlamentdə keçirilən dinləmələrdə ənənəvi “Kiçik dövlət, böyük millət” şüarı və Ermənistan qarşısında duran ağır çağırışlar haqqında danışıb. O, prezident seçiləcəyi halda Ermənistan, “Dağlıq Qarabağ Respublikası” separatçı rejimi və diaspora məsələlərinin həllində bütün təcrübəsi və enerjindən istifadə edəcəyini söz verib. Və sonra bildirib ki, “XXI əsr ermənisi” ola bilər. Onun bununla nəyi nəzərdə tutduğu isə aydın deyil.

Yeni Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsiri

Bizi şübhəsiz ki, ən çox maraqlandıran məsələ, yeni prezidentin Dağlıq Qarabağa münaqişəsinin həlli prosesinə baxışının necə olacağıdır. Bu baxışın yaxın günlərdə tamamilə ortaya qoyulacağını gözləmək olar.

Amma nəzərə alaq ki, yeni konstitusiyaya görə, ölkənin ali icraçı orqanı baş nazirin rəhbərlik etdiyi hökumətdir. Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edir. Baş nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq.
Ermənistan prezidentinin xarici siyasət sahəsində bu səlahiyyətləri qalacaq: hökumətin təqdimatı ilə beynəlxalq müqavilələr bağlamaq; baş nazirin təqdimatı ilə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin etmək və onları geri çağırmaq; xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etibarnaməsini qəbul etmək. Vətəndaşlıq məsələlərinin həlli, əfv, orden və medallarla, fəxri adlarla təltif prezidentin səlahiyyətidir.
Serj Sarkisyan

Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda, həmçinin müharibə vəziyyətində əsas söz sahibi baş nazir olacaq. Ermənistanda isə apreldə baş nazirin indiki prezident Serj Sarkisyan olacağına şübhə etmirlər. Lakin indiki baş nazir Karen Karapetyan variantı da istisna edilmir.

AzPublika.info-nun məlumatına görə,politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, yeni prezidentin Dağlıq Qarabağ danışıqlarına ciddi təsiri olmayacaq. Yeni konstitusiya ilə prezidentin proseslərə təsir imkanlarının minimuma endirildiyini deyən politoloq, danışıqların baş nazir tərəfindən aparılacağını diqqətə çatdırıb. Bu baxımdan, müsahibimiz seçkilərin nəticələrinin danışıqlar prosesinə ciddi təsir göstərməyəcəyini düşünür.

Qabil Hüseynli qeyd edib ki, hər üç ölkədə - Azərbaycan, Rusiya və Ermənistandakı prezident seçkilərindən sonra Dağlıq Qarabağ üzrə danışıqların yeni raundunun aktivləşəcəyini gözləyir.

“Amma danışıqların nəticələri barədə nikbin deyiləm. Azərbaycanın qarşısında duran hədəf ərazi bütövlüyünün təmin edilməsidir. Ermənistan isə Dağlıq Qarabağdan imtina etmək niyyətində deyil və bunu hər vasitə ilə açıq şəkildə ifadə edir. Bu baxımdan danışıqlar prosesinin uğurla nəticələnəcəyinə və böyük sülh sazişinin imzalanacağına o qədər də nikbin yanaşmıram”, - vurğlayıb.
Bəs Dağlıq Qarabağ danışıqları üçün işğalçı ölkənin baş naziri postunda kimin əyləşməsi daha məqbul sayıla bilər? Serj Sarkisyan, yoxsa Karen Karapetyan? Politoloq ikinci adın üzərində dayandığını söyləyib:

“Serj Sarkisyan cinayətkardır, Dağlıq Qarabağ döyüşlərində komandir olub və Xocalı soyqırımında Robert Köçəryanla birlikdə iştirak edən əliqanlı şəxsdir. Serbiyanın keçmiş rəhbərləri, Miloşeviç kimi beynəlxaql məhkəmənin qarşısında cavab verməli olan adamlardır. Karapetyan isə Moskvanın adamıdır və “Qazprom”dan göndərilib. Mən ermənilər arasında Qarabağ məsələsinə münasibətdə ciddi fərq görmürəm, amma hər halda Serj Sarkisyanla müqayisədə Karen Karapetyanın baş nazir olması münasibətlərdə müəyyən yumşalmaların olmasına gətirib çıxara bilər”.

Məmbə:Publika.Az

loading...
Şərhlər
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız