in ,

Mask “Tesla”dan uzaqlaşdırıla bilər

“Tesla” şirkətinin səhmdarları iyun ayında İlon Maskın icraçı direktor vəzifəsindən getməsi üçün səsvermə keçirəcək.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hər il keçirilən səhmdarlar iclasında şirkətin bəzi üzvlərinin yenidən seçilməsi, iqtisadi vəziyyəti əhatə edən mövzular və təkliflər müzakirə edilir, Mask sualları cavablandırır. Şirkət hazırda ən çətin dövrünü yaşayır. Bu vəziyyət icraçı direktora qarşı çıxışların artmasına və onun rəhbər vəzifəsindən kənarlaşdırılması fikirlərinə səbəb olub.
İclas 5 iyunda keçiriləcək.
Qeyd edək ki, daha əvvəl “Apple” şirkətinin icraçı direktoru Stiv Cobs da eyni vəziyyətlə üzləşib. O, bir müddət şirkət rəhbərliyindən uzaqlaşdırılıb. Bu dövrdə “Next” adlı şirkət quran Cobs yenidən “Apple”ın sədri seçilib.

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Bir cavab yazın

Yaşlanmanı xəstəlik kimi müalicə etmək olarmı?

Robot insanları işə götürür