in , , ,

Yeni “Hyundai”ın dizaynında Azərbaycanlıda iştirak edib – FOTO

Nyu Yorkda konseptual elektromobil – “Genesis Essentia” kupesinin təqdimatı keçirilib. Bu Koreyanın “Hyundai Motors” şirkətinin bu yaxınlarda buraxılmış lüks brendinin ilk elektromobil versiyasıdır.

AzPublika.info “Drom” jurnalına istinadən xəbər verir ki, bu konseptual elektromobilin xarici görünüşünü hazırlamış beş dizaynerdən ikisi rusiyalı, biri azərbaycanlıdır.

Layihənin aparıcı dizayneri əvvəllər “Bugatti” şirkətində çalışmış, 2016-cı ildən isə Almaniyanın “Genesis” dizayn-studiyasına başçılıq edən Saşa Selipanovdur.

Eksteryer üzrə işlərin bir hissəsini digər rusiyalı dizayner Arseniy Kostromin yerinə yetirib. Kostromin əvvəllər “Renault”şirkətində çalışıb.

Layihənin tərtibatında azərbaycanlı dizayner Samir Sadıxov da iştirak edib. O bundan əvvəl ABŞ-ın “Rezvani” avtoşirkəti üçün yaratdığı avtomobil dizaynı ilə tanınıb.

“Genesis Essentia” “Gran Turismo” sinfindən olan kupenin gələcək örnəyidir. Avtomobil geniş və alçaq kuzovu, “zolaq” tipli faraları və “kəpənək qanadı” tipli açılma mexanizminə malik qapıları ilə seçilir.

Haqqın.Az-ın məlumatına görə, konseptin üslubuna “altetik zəriflik” adı verilib. Mürəkkəb naxış formalı spitsaları olan disklər eksteryerin diqqət çəkən əsas elementlərindən sayılır.

Kupenin hündürlüyü 127 sm təşkil edir. Tərtibat qrupu bu hündürlüyə digər elektromobillərdən fərqli olaraq batareyaların mərkəzi tunelə yerləşdirilməsi hesabına nail olub.

Avtomobil 3 saniyəyə yerindən 97 km/saata qədər sürət yığa bilir. Digər əlamətdar xarakteristikaya mühərrikin gücü, enerjiyə qənaət və başqa xüsusiyyətləri daxildir.

Genesis mətbuat xidmətinin məlumatına görə, “Essentia” texnologiya baxımında avto-sənayedə olan cari standartları üstələyir.

“Essentia” sürücünün nələrə üstünlük verdiyini araşdırır, onun üçün ən optimal marşrutlar təklif edir.

Marşrut seçildikdən sonra kupe avtomatik olaraq hərəkətverici hissəni və sükanın idarəolunmasını gözlənilən yola uyğun olaraq tənzimləyir. Prototip eyni zamanda “səsli köməkçi” sistemi ilə təchiz olunub.

 

 

Məmbə: Oxu.az

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Bir cavab yazın

Çempionluğun bir addımlığında : Qalatasaray

Əfqanıstanda BBC-nin müxbiri qətlə yetirilib