in

ABŞ məhkəməsindən İrana milyardlıq zərər – 11 Sentyabr

ABŞ məhkəməsi İranın 11 sentyabr terror aktının qurbanlarının yaxınlarına milyardlarla dollar kompensasiya verilməsi ilə bağlı qərar qəbul edib. Bununla bağlı The Hill nəşri məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

AzPublika.info “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, qərara əsasən, İran İslam Respublikası İslam Keşikçiləri Korpusu (SEPAH) və İran Mərkəzi Bankı 1008 nəfərin ölümündə təqsirli bilinib.

Bununla əlaqədar İran həlak olanların yaxınlarına kompensasiya ödəməlidir:

Kompensasiyanın həcmi qohumluq dərəcəsindən asılıdır: ölənlərin həyat yoldaşlarının hər birinə 12,5 milyon dollar, valideynlərinə və övladlarının hər birinə 8,5 milyon dollar, bacı və qardaşlarının hər birinə 4,25 milyon dollar ödənilməlidir.

11 sentyabr terror aktlarının araşdırılması üçün xüsusi komissiya hadisədə İranın iştirakının sübuta yetirilmədiyini açıqlayıb. Buna baxmayaraq, Nyu York məhkəməsi qərar qəbul edib ki, Tehran guya “Əl-Qaidə” terror qruplaşmasına maddi yardım göstərib.

Məmbə: Oxu.Az

Bu test,anket və məqalədən özünüzdə tərtib edə bilərsiniz. Yazınızı qeyd edin!

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Bir cavab yazın

Yeni müharibə meydanı-ABŞ ordusu Azərbaycan sərhəddində cəmlənir

Məzarlıqdan gələn ağlama səsi: 4 gündür ağlayan qız kimdir?