in

Yeni müharibə meydanı-ABŞ ordusu Azərbaycan sərhəddində cəmlənir

ABŞ hazırda İranı özgə əli ilə tutmağa çalışır və bu fonda hibrid müharibə hazırlıqlarını müşahidə edirik.

AzPublika.info-nun məlumatına əsasən,bu sözləri Axar.az-a İsrail Baş naziri Benyamin Netanyahunun açıqlamasını şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq İranla İsrail arasında toqquşma ehtimalının yüksək olduğunu bildirib:

“ABŞ bunun üçün əməlli-başlı hazırlıqlar görür. Bu proses çox təhlükəlidir və baş tutarsa, təkcə iki ölkənin maraqları, təhlükəsizliyi, gələcəyi deyil, həm də bir çox başqa ölkələrin və onlarla yaxın olan, müttəfiqlik edən dövlətlərin siyasi gələcəyi təhlükə altında qala bilər. Məsələ ondan ibarətdir ki, onsuz da Yaxın Şərqdə vəziyyət çox təhlükəlidir, bu regionda bir neçə münaqişə paralel surətdə davam edir. Digər tərəfdən, Suriyada vətəndaş müharibəsinin hələ də nöqtəsi qoyulmayıb, İraqda isə vəziyyət xeyli gərgindir. Bütün bunları nəzərə alsaq, İran-İsrail toqquşması bölgəyə yeni bəlalar, risklər və təhdidlər gətirə bilər. Bu fonda ABŞ-ın İranla birbaşa açıq qarşıdurmaya gedəcəyini düşünmürəm. ABŞ hazırda İranı özgə əli ilə tutmağa çalışır və bu fonda hibrid müharibə hazırlıqlarını müşahidə edirik. Bu çox arzuolunmaz bir gedişatdır, çünki İranla həmsərhəd olan ölkələrə də mənfi təsir göstərə bilər. Bu baxımdan heç bir ölkə istəmir ki, qonşusunun ərazisində proseslər nəzarətdən çıxsın”.

Politoloq İran-İsrail toqquşmasının Azərbaycana təsirindən də söz açıb:

“Son illər Azərbaycanla İran arasında iqtisadi zəmində münasibətlər inkişaf edir, ən azı iki nəqliyyat kommunikasiya layihəsi işləmək üzrədir. Bunlar Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləridir. Bu baxımdan İran və Azərbaycan həmahəng çalışır, bir-birlərini anlayırlar. Əgər bu sahədə hansısa maneə yaranmasa, sözügedən layihələrlə bağlı vaxtında gözlənilən nəticəni əldə edə biləcəyik. Ancaq təəssüf ki, bölgədə yeni təhdidlər oyanır. Bunların arxasında da bilavasitə Qərb bloku durur. Təbii ki, onlar üçün öz hüdudlarından kənarda müharibə aparmaq çox əlverişlidir, çünki bundan qazanc əldə edir, silah-sursatlarını satır, eləcə də bölgədə öz proqressiv maraqlarını yerləşdirirlər. Bizim üçünsə isə yaxın ərazidə yeni bir müharibənin başlaması və bölgənin gələcəyi ilə qeyri-müəyyən bir perspektivin yaranması olduqca arzuolunmazdır”.

Qeyd edək ki, ötən gün İsrail Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etmək üçün çalışdığını əks etdirən gizli sənədlərin surətini əldə etdiyini açıqlayıb.

ABŞ Dövlət katibi Mayk Pompeo isə İsrailin İranın nüvə proqramı ilə bağlı sahib olduğu məxfi informasiyalarla əlaqədar ABŞ-ın Avropadakı tərəfdaşları ilə danışıqlar aparacağını bildirib.

Bu test,anket və məqalədən özünüzdə tərtib edə bilərsiniz. Yazınızı qeyd edin!

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Bir cavab yazın

Politika barədə deyilən mənalı sözlər – FotoQaleriya

ABŞ məhkəməsindən İrana milyardlıq zərər – 11 Sentyabr