Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili və “BMW” markalı minik avtomobili toqquşub. Bu barədə “Azpublika”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə nəticəsində “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

“Report”un əldə etdiyi məlumata görə, hadisə zamanı minik avtomobilinin orta yaşlı qadın sərnişini və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onları yanğından ərazidə olan şəxslər xilas edə biliblər.

Əraziyə yol polisi əməkdaşları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

By Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir