Deputat Tahir Kərimli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında bir sıra məsələləri diqqətə çatdırdı.

Deputat kənd insanlarının dağlardan içməli su gətizdirdiyini söylədi: “Bu il Ağsuda taxıl zəmisi də susuzluqdan yandı. Hesab edirəm ki, Ağsu çayı üzərində bənd tikməklə suyu bərpa etmək olar”.

Deputat yol problemini də parlamentdə qaldırdı: “Bu gün Ağsu rayonunun Padarlı, Ərəbuşağı və digər kəndlərində yol yoxdur. Gedib gəlmək mümkün deyil”.

Tahir Kərimli məktəblərdə xarici dil müəllimlərinin, xəstəxanada həkimlərin olmadığını da bildirdi. O, həmçinin qaz limitinin yüksək olmasını, işıq dirəklərinin sıradan çıxdığını, internetin, telefonun olmadığını parlamentdə səsləndirdi.

T.Kərimli təklif etdi ki, seçmə üsulu ilə uşaqpulunun verilməsi olduqca zəruridir. Deputat Şamaxının Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı təşəbbüsə də münasibət bildirdi.

By Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir