Bugün Azpublika.info olaraq Azərbaycan-İsrail münasibətlərini qısa icmal ilə sizlərə təqdim edirik.

  • Sovet ittifaqının dağılmasından sonra yenidən müstəqillik əldə edən Azərbaycanı ilk tanıyan dövlətlərdən biri də İsrail idi.25 dekabr 1991-ci ildə İsrail rəsmi olaraq Azərbaycanın müstəqilliyini tanıdı.7 aprel 1992-ci ildə diplomatik əlaqələr yaradıldı.Həmin ilin avqust ayında isə Bakıda İsrail səfirliyi açıldı.
  • İsrail və Azərbaycan arasındakı ticarət həcmi 2 milyard dollardan artıqdır.Ki,bu rəqəm Türkiyə və Azərbaycan arasındakı ticari dövriyyədən 2 dəfə çoxdur.Bundan əlavə hərbi və strateji sahələrdə sıx münasibət mövcuddur.
  • Bəs bu ölkələr arasında bir çox sahədə əməkdaşlıq etmək necə baş verdi? Hansı şərtlər bu 2 dövləti sıx müttəfiq etdi?
  • Azərbaycanda yəhudi mənsubiyyətli şəxslər çoxdur.Bunlar Aşkenaz və Cuhudlar toplumlarıdır.Azərbaycanda yəhudilər qədim köklərə sahib şəxslərdir.İsrail dövləti qurulduqdan sonra Azərbaycandan İsrailə on minlərlə yəhudi köç etmişdir.Buna baxmayaraq erməni problemi indinin özündə də İsraildəki yəhudilərin yaxından izlədiyi problemdir.
  • Hər şeydən əvvəl İsrail ilə sıx münasibət Azərbaycan üçün olduqca vacibdir.Hazırda Ermənistan ilə düşmən münasibətin fonunda Azərbaycanın İranla da soyuq münasibəti var.Ermənistan və İranla arası dəyən təkcə Azərbaycan deyil.Eyni “gəmidə” İsraildə var.
  • Müsəlman ölkəsi olmağına baxmayaraq Azərbaycanın İsrail ilə qədim və sıx əlaqələri mövcuddur.Buna qarşılıq olaraq Ermənistan və İranda sıx dostluq münasibətindədir.Eyni zamanda İsrail ilə dostluğuna dair Azərbaycana qarşı bir çox ərəb dövlətində də sərt reaksiya formalaşıb.
  • Bakı və Tel-Əviv  böyük bir hərbi əməkdaşlıq hökm sürür.İsrail Azərbaycana ən müasir silahların satılmasında,Azərbaycan ordusunun hərbi təhsilində sıx köməklik göstərir.Bundan əlavə İsrail bu yaxınlarda Azərbaycanda Pilotsuz Uçan Aparat (PUA) sistemlərinin hazırlanması üçün müəsisə tikintisinə başlayıb.HERON PUA sistemləri Azərbaycan istehsal ediləcək.
  • Hələ 2009-cu ildən İsrailin Elbit Systems şirkəti Azərbaycanda nümayəndəlik açmışdı.Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə birgə PUA istehsal etməyə başlamışdı.2012-ci ildə Azərbaycan İsraildən 1.6 milyard dollarlıq Hava müdafiə sistemləri aldı.
  • 2 ölkə arasında ilk dəfə PUA istehsalı üzrə protokol imzalandı.Bu səbəblə ortaq yaradılan “AZAD Systems” adlı PUA istehsal edilir.
  • 2019-cu ilin yanvar ayında Azərbaycan və İsrail ilk dəfə Sky Striker (Kamikaze dron) istehsal və ilk alıcı müqaviləsi bağladı.
  • İsrail təhlükəsizlik təşkilatı olan MOSSAD Azərbaycanda bir çox əməliyyatlarda iştirak etmişdir.Eyni zamanda Azərbaycan təhlükəsizlik orqanlarında hər növ yardım,təhsil və digər köməkliyi göstərir.MOSSAD Azərbaycanda stratejik ərazilərin,təbdirlərin təhlükəsizliyində bir başa təşkilatçılıq etmişdir.
  • 2012-ci ildə Bakıda baş tutan Avroviziya müsabiqəsində MOSSAD agentlərindən olan xüsusi bir tağım Xəzər dənizində əməliyyat təşkil etmiş,İrandan Azərbaycana qeyri-qanuni yolla keçməyə cəhd edən bir qrup iran vətəndaşını tutub,Azərbaycan təhükəsizlik orqanlarına təhvil vermişdir.
  • Bakı-Tiflis-Ceyhan boru xətti İsrail üçün olduqca vacibdir.İsrailin neft tələbatının 40%-ni məhz Azərbaycan qarşılayır.
  • İsrail şirkətləri Azərbaycanda yol,körpü tikintiləri və bir çox telekomunikasiya təchizatlarını həyata keçirir.
  • Texnoloji cəhətdən də münasibətlər bu iki dövlət arasında olduqca sıxdır.Bakı Dövlət Universitetində İbrani dili ilə bağlı fakultə açılmışdır.Digər tərəfdən bir çox azərbaycanlı tələbə İsrailin texniki universitetlərində təhsil almaqdadır.
  • B.Netenyahu ilə arası çox yaxşı olan prezident İ.Əliyev,İsrailin baş nazirini Azərbaycanda belə qarşılamışdır.

Prezident İlham Əliyev İsrailin baş naziri ilə görüşü zamanı 2 ölkə əlaqələrini aysberqə bənzətmişdi.İlham Əliyev :”2 dövlət arasında ictimaiyyətin bildiyi sadəcə aysberqin görünən üzüdür,10-da 1-idir,9-u suyun altındadır.”-deyə münasibətlərin nə qədər sıx olduğunu bildirmişdir.

AzPublika.info

Atlas Media

By Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir