Bugünlərdə pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərərlər danışılarkən tez-tez 1929-cu il “Böyük Böhran”-ının adı hallanır.Bəs nə idi dünyanın ən böyük böhranı adlandırılan bu böhran? Necə baş verdi? Nəticələri nə oldu?
Azpublika.info sizə maraqla oxuyacağınız “Böyük Böhran”-ı xronoloji ardıcıllıqla təqdim edir.

  • Great Depression (Böyük Böhran) sənayeləşmiş dünyanın ən ağır iqtisadi böhranı idi.Bütün birjaların çöküşü ilə 1929-1939-cu ilə qədər davam etdi.1929-cu ilin Oktyabrında başlayan böhran ilə insanların milyonlarla dollar vəsaiti bir anda “yoxa çıxdı”.
  • Bəs buna səbəb nə olmuşdu? 1920-ci illərdən sonra Amerikan iqtisadiyyatı sürətlə genişləməyə başlamışdı.Əhalinin gəlirləri 1920-1929-cu illərə qədər 2-3 dəfə artmışdı.Bu proses “Kükrəyən iyirmilik” adlanırdı.Amerika  iqtisadiyyatı üçün 1920-ci illər  olduqca uğurlu nəticələr ilə dolu idi.
  • İstehlak və istehsal dəyəri yüksək idi.Qiymətlər çox yüksəlmir və stabillik qorunurdu.Əhalinin böyük bir qismi heç olmadığı qədər rahat və imkanlı idi.Ancaq o illərdə amerikalılar üçün daha az fiziki iş ilə daha çox gəlir əldə etmək ideası hakim idi.
  • Səhmlər:Amerikan hökümətinin “Azadlıq İstiqrazı” adlı səhm paketi məhz o illərdə xalqa satılmağa başlanılmışdı.İnsanların böyük bir qismi bu tipli yatırım növünü ilk dəfə öyrənirdi.Səhmdarlar 6 ayda 1 dəfə faiz ödəməsi alırdı.Bu yeni yatırım “mədəniyyətini”  görən bir qrup var idi:  Wall Street bankirləri.
  • Xüsusilə bir şəxs,National City Bank (CityBank) rəhbəri Çarlz Mişel (Charles Mitchell) daha yaxından maraqlanırdı.Ç.Mişel:”Əlimizdə yatırıma meyilli xalq var.Tək işimiz onları səhmlərin və istiqrazların ideal yatırım olduğuna inandırmaqdır.”-deyə daha o illərdə fikrini bildirmişdi.
  • Bu fikri böyük rəğbətlə qarşılanan C.Mişel bundan sonra “bazarı” daha da istismar etmək üçün ölkə daxilində yüzlərlə vasitəçi (Broker) şirkətlər yaratdı.Beləcə pulu olan və bu işdən anlamayanlarıda birjaya daxil edə bildi.Bundan sonra isə fantastik sayda insan səhmdar olmağa başladı.
  • Nyu-York birjası milyonçulardan aşbazçılara,qapıçılara qədər hər kəsin yatırım etdiyi,səhmlərin axışdığı spekulyasiya səhnəsi olmuşdu.Hər növ səhm üçün “dəli” kimi spekulyasiyalar edilirdi.
  • Film şirkəti hissələri,Aero şirkətlər,Avtomobil şirkətləri səhmləri olduqca böyük rəğbət görürdü.Ən çox rəğbət isə Radio Cooperation of America səhmləri idi.İnsanlar düşünürdüki,radiolar bir müddət sonra avtomobillərdə də qurulacaq və onun səhm dəyəri daha da artacaq.
  • 1920-ci ilin ortalarında artıq 3 milyon amerikalı səhm bazarında iştirak edirdi.Reklamlar ilə daha çox insan bu yatırım növünə meyl edirdi.
  • Ehtiyyat Fond ilə Səhm alınması:Səhm spekulyasiyası elə bir həddə çatmışdı ki,insanlar borc pul götürərək səhm alırdı.Səhmdar pulun az bir qismini ödəməklə yerdə qalan məbləği broker şirkətlərin öhdəsinə buraxırdı.
  • İndi Al,Sonra Ödə sistemi birjaya da sıçramışdı.1920-ci ilin sonlarında isə bazarda dövr edən səhmlərin 90%-i borc pul ilə alınan səhmlər idi.Nümunə kimi: 25 dollar vəsait ilə 100 dollarlıq səhm ala bilirdiz.
  • Bu sistem ilə səhm dəyərləri sürətlə artmağa başlamışdı.1928-ci ildə 12 ay ərzində hər bir səhm dəyəri 50% artmışdı.Ancaq broker şirkətlərin borc vermə metodlarına nəzarət yox idi.Belə bir qanun formalaşmamışdı.Manipulyasiya və spekulyasiya çox idi.
  • Florida Daşınmaz Əmlak Spekulyasiyası:1926-cı ildə Floridada baş verən daşınmaz əmlak spekulyasiyasıdır.Bu hadisə klassik spekulyatif “balon” partlayışı idi.
  • Hadisə belə baş vermişdi:Floridalılar yaşadığı ərazilərin qış şərtlərinin digər bölgələrə görə daha münasib keçdiyini və bu səbəbdən gələcəkdə bu ərazilərin turizm cənnəti olacağına inanırdılar.Bu yolla onlar sahib olduqları daşınmaz əmlakların daha da artacağına ümüd edirdilər.
  • Əhalinin böyük çoxluğu isə bu ərazilərdə daşınmaz əmlak almağa başlamışdı.1928-ci ildə Əmlak sektoruna yatırımların böyük bir qismi məhz Florida ərazilərinin payına düşürdü.Ta ki,18 sentyabr 1928-ci ildə Florida da baş verən tropik qasırğaya qədər.Həmin qasırğada 400 insan həlak oldu,minlərlə daşınmaz əmlak zədələndi.Şəhərin hər tərəfi isə xarabalığa çevrilmişdi.
  • Satın alınmış olan daşınmaz əmlak yenidən satışa çıxarıldı,lakin dəyərindən qat-qat ucuza satışa çıxarılsada alıcı tapılmadı.
  • “Wall Street”in Gizli Gücləri:Həmin vaxtlarda hökümət başçısı Kelvin Kulidj (Calvin Coolidge) bu spekulyasiyalara səssiz münasibət bildirirdi.Çünki siyasətçilərlə Wall Street-in bir qrup seçilmiş bankiləri sıx münasibətdə idi.
  • Bu şəxslərin yüksək həcmli sərvətləri ilə hökümətin maliyyə siyasətlərinə təsiri böyük idi.Qısaca olaraq, Wall Street-ə hökmdarlığı bu şəxslər həyata keçirirdi.
  • Bu şəxslərin başında  JP Morgan Bankın sahibi JP Morgan dayanırdı.Bir digər şəxs isə ortağı Tomas Lamont (Thomas Lamont-şəkildə) idi.
  • Məhşur bankir,maliyyə eksperti Pol Varburqun (Paul Warburg) xəbərdarlığına rəğmən 1929-cu ilin may və sentyabr aylarınadək 60 yeni şirkət birjaya daxil oldu.100 milyon dollarlıq səhm paketləri birjaya yeridildi.Məhz həmin vaxtlarda bu “balon”un partlayacağını hiss edən  böyük investorlar bazardan çıxmağa başladı.
  • Bunlardan biri də Co Kennedi (Joe Kennedy) idi.O,bu fikirləri bununla əsaslandırırdı:”Əgər bir ayaqqabı təmirçisi bu işdən mənim qədər anlayırsa,deməli çəkilmək vaxtıdır”.
  • Həmin vaxtlarda istehsal artıq zəifləmiş,işsizlik artmışdı.Səhmlərin dəyəri isə həqiqi dəyərindən qat-qat şişirdilmiş məbləğlərdə idi.Əlavə olaraq həmin dövrdə maaşlar çox aşağı idi.İstehlak borcları sürətlə artırdı.
  • Təsərrüfat iqtisadiyyatı baş verən quraqlıqlarla çöküşə keçmişdi.Banklar yüksək miqdarda problemli borcların altında idi.
  • 23 oktyabr 1929:Həmin gün avtomobil ehtiyyat hissələrinin ucuzlaşmasıyla milyonlarla səhm paketi bir anda satıldı.Bu hadisə isə ertəsi gün tarixə “Qara Cümə” adı ilə daxil olacaq “Böyük Böhranı” alovlandırdı.
  • 24 Oktyabr 1929,Qara Cümə:Birjalar inanılmaz sərt enişlə günə başladı.Bu enişdən xəbər tutan insanlar panikaya qapıldı.Həmin gün insanlar əllərindəki səhmləri satmaq üçün yarışa başlamışdı.Bir gündə rekord sayda – 12.9 milyon səhm satılmışdı.
  • Wall Street illər boyu yığdıqları vəsaiti bir anda itirən insanlarla dolu idi.Bu insanlardan biri də Vinston Çörçil (Winston Churchill ) idi.O,bu böhranda milyonlarla dollar sərvətini itirmişdi.
  • Bundan sonra isə JP Morgan binasında fövqal iclas təşkil edildi.İclasa Amerikanın ən zəngin bəzi iş adamları,siyasətçilər qatılmışdı.Alınan qərar isə 250 milyon dollarlıq “hovuz” yaratmaq və birjanı bu vəsaitlə stabilləşdirmək idi.
  • Beləcə bir qrup iş adamı öz aralarında yaratdığı “hovuz” sistemi ilə insanlarda olan səhmləri dəyər-dəyməz qiymətinə almağa başladı.Səhmləri alanlar arasında Con D.Rokefeller (John D. Rockefeller ) və yuxarıda adları keçən digər maliyyə “əjdahaları” çox idi.
  • 28 Oktyabr 1929,Bazar ertəsi: Bu alqı-satqılardan sonra bazar stabilləşməyə doğru hərəkət edirdi.Səhmlərin qiyməti qalxmağa başlamışdı.Birja 1 həftə stabilləşdi.Ancaq broker şirkətlər borc pullarla satdıqları səhmlərin dəyərsizləşməsindən narahat idi.
  • Brokerlər verdikləri pulun geri qayıtmayacağından ehtiyyat etdikləri üçün səhmlər satılarkən təminat istəməyə başlamışdı.İnsanlara əgər vaxtında borcları ödəməsələr səhmlərin satılacağına dair bildirişlər yollamağa başlamışdılar.
  • 29 Oktyabr 1929,Çərşənbə axşamı:Amerikan metal,radio,general motors səhmləri günün ilk saatlarında sərt şəkildə enişə keçdi.Ciddi bir satış dalğası yayıldı.36 saat içində 16 milyon səhm satıldı.Amerikan sənayesi 22% dəyər itirdi.
  • Uzun illər vəsaitlərini toplayan insanlar bir neçə gün içində hər şeyini itirdi.İqtisadiyyatda etibarsızlıq domino effekti yaratdı.Bankların pis vəziyyətdə olduğunu eşidənlər bankların önündə yığışmağa başladı.1931-ci ilədək 3000-dən artıq bank bağlandı.
  • Birjanın çökməsilə sırayla Banklar,Broker şirkətlər batmağa başladı.Bütün pullar bir anda yoxa çıxmışdı.İstehsal dayandı.Kütləvi ixtisarların qarşısı alınmadı.
  • Böyük şirkətlər,borclarını ödəyə bilməyən insanların əmlakına əl qoyurdu.Yoxsulluq sürətlə yayılırdı.Küçələr kirayə haqqını ödəyə bilməyən insanlarla dolu idi.Artıq o dövrdə küçələrdə Huvervil (Hooverville) adlanan daxma evlər yaranmağa başlamışdı.
  • 1933-cü illərdə Böyük Böhranın təsiri minimuma endiyi zamanlarda 15 milyon amerikalı işsiz idi.Dünyada isə 50 milyon insan işini itirmişdi.

Bu böhranı yer üzündə ümumi istehsalın 42%-ə qədər enməsinə,dünya ticarət həcminin 65% azalmasına gətirib çıxarmışdı.Bütün dünyaya təsir edən bu iqtisadi böhran eyni zamanda növbəti mərhələdə bütün dünyanı əhatə edəcək müharibənin fitilini alovlandırmışdı.

 

 

Azad Kərimov 06.06.2020

Atlas Media

By Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir