Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

“Azpublika” “Report”-a istinadən xəbər verir ki, hadisə “AAAF Park” yaşayış kompleksinin 23-cü küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, ev yiyəsi mənzilin eyvanında kabab bişirmək üçün manqal qoyub. Ani diqqətsizlik yanğının baş verməsinə səbəb olub.

Yanğın bina sakinlərinin köməkliyi ilə söndürülüb.

By Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir