Mərkəzi bankın idarə heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunublar.Bundan bir müddət sonra isə adı hallanan 4 bankında lisenziyası ləğv edildi.
“Azpublika”-nın məlumatlarına əsasən, Əmanətlərin Sığortalanması Fondunun təlimatı ilə adıçəkilən banklarda əmanətləri olan şəxslər digər banklara yönləndirilərək əmanətlərin qaytarılmasına start verildi.Vətəndaşlar pandemiya səbəbindən növbəlilik prinsipi ilə əmanətlərini almağa başladığı bir vaxtda “NBC Bank“-ın 100-dən artıq əmanətçisi xoşagəlməz “surpriz” ilə qarşılaşıb.Məlum olubki,Milli Bank, “NBC Bank”a 27 yanvar 2020-ci ildən etibarən əmanət qəbul etməyi qadağan edib.Lakin bank rəhbərliyi bu qadağanı heçə sayaraq 100-dən artıq vətəndaşdan “sığortalı” əmanət adı altında pul qəbul edib.
Redaksiyamıza müraciət edən əmanətçi-Azad Kərimov hələlik heç bir əmanət məbləğini geri almadığını bildirir:“Bu ilin 11 fevralında banka 36 aylıq  1800 manat əmanət yatırdım.Əmanət faizini isə müddətin əvvəlində,təxminən 450 manat məbləği öncədən aldım.Bir neçə həftə sonra isə depozit təminatlı 1200 manat kredit götürdüm.Aylıq ödənişlərimi vaxtında edirdim.Lakin bankın lisenziyası ləğv olandan sonra mən kredit ödənişi üçün yaxınlaşsam da Əhmədli filialında kredit ödəmək mümkün olmadı.Məndə gözlədim ki,kreditimdən qalan məbləği əmanət qaytarıldığı zaman çıxılaraq mənə veriləcək.Amma Əmanətlərin Sığorta fondundan deyirlər ki,mənim əmanətim sığortalı deyil.Mən bu halda həm əmanətim üçün, həm də mənə sığortalı əmanət deyib,aldatdıqları üçün NBC Bankı və Əhmədli filialının rəhbər şəxslərini məhkəməyə verəcəm.Bu bir başa dələduzluqdur.Mənim depozit məbləğim azdır.Elə vətəndaşlar var onların 10-20-30 min manatları sığortasızdır.Bəs bu aylar ərzində niyə Milli Bank bu banka nəzarət etmirdi? İndi biz gözləyək ki,nə vaxtsa bankın stol-stulu satılacaq ki,bizə pul veriləcək? Burda Milli Bankında bilavasitə günahı var.Onlar nəzarət etməli idi.Media saytlarında bildirilməli idi “Filan Banklara Əmanət Götürməyi Qadağan Etmişik”.İndi nə Əmanətlərin Sığortalanması Fondu(ADİF),nə Milli Bank ,nə də NBC Bank bizə yaxın durur.Yola verirlər.Deyilənə görə sistemdə xəta olub,1 ay ərzində əmanətləriniz qaytarılacaq.”

Bankın digər əmanətçisi İlqar İmanov bildirib: “Mən aprelin 1-də banka 30 min manat yerləşdirmişdim, ama indi banka gedirəm, mənə deyirlər ki, həmin vaxt bankın əmanət götürmək hüququ olmayıb və qaytarıla bilməyəcək. Məndən başqa da banka həmin vaxtlarda, məsələn mart ayında 12 min manat, 20 min manat və sair məbləğdə əmanət yatıranlar var. Onlar da pullarını ala bilmirlər. Biz haradan bilə bilərik ki, banka əmanət yatırmaq qadağan edilib, banknı özü bunu bildirməyibsə, biz necə bilək? İstəyirik ki, Mərkəzi Bank və fond məsələyə aydınlıq gətirsin və pulumuz qaytarılsın”.

Qeyd edək ki,qarşı tərəfin bu barədə press-relizini yayımlamağa hazırıq.

By Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir