Bu ilin ilk rübünün nəticələrinə görə, Ayfon-11 ən çox satılan smartfon olub.

Axar.az xəbər verir ki, bu barədə “CounterPoint” saytının araşdırmasında qeyd olunub.

Məlumata görə, Ayfon-11 bu müddət ərzində ümumi satışların 30 faizini əhatə edib. Ayfon-11 Pro Max (9 faiz) və Ayfon-11 Pro (7 faiz) ikinci və üçüncü yerləri tutub.

İlk beşliyə Ayfon XR və Huavey Mate 30 Pro 5G smartfonları daxil olub.

Ümimilikdə isə Əpl məhsulları ümumi satışların 57 faizini təşkil edib.

By Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir