COVİD-19 pandemiyasının fəsadları tam bitməmiş ABŞ ekspertləri maraqlı iddia ilə gündəmə gəliblər.

AzPublika.info -nun məlumatına görə,ABŞ ekspertləri COVİD-19 pandemiyasının başladığı şəhər olan Vuhandakı 86 krematoriyada (meyitlərin yüksək temperaturda yandırıldığı yer) araşdırma apararkən məlum olub ki,təkcə mart ayının ortalarından bugünə qədər ümumilikdə 36 min insan cəsədi yandırılıb.

Çin hökümətinin rəsmi 700 ölüm sayını açıqlamasından sonra araşdırmaları gücləndirən ABŞ ekspertləri şəhərdə yerləşən bir krematoriyanın 24 saat tam fasiləsiz olaraq fəaliyyət göstərməsi və 800 ilə 2000 cəsədin yandırılmasını izləyə bilib.Sözügedən iddia yayımlansa belə Çin höküməti bu barədə açıqlama verməkdən imtina edib.

Xatırladaq ki,Çin höküməti 83 mindən artıq insanın koronavirusa yoluxduğunu,4634 insan isə həyatını itirdiyini mətbuata açıqlamışdır.Yayılan son iddialarla bağlı isə heç bir cavab verilməmişdir.

By Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir