Vaxtı bitmiş qırıcı təyyarələr internet şəbəkəsi üzərindən yeni sahiblərinə satılır.
Azpublika.info -nun xəbərinə görə,artıq internetdə bir çox səhifələr hərbi texnikaların onlayn satışını həyata keçirir.Fərqli qiymətlərlə satışa çıxarılan ən ucuz hərbi texnika isə 40.000 dollardır.
2-ci dünya müharibəsindən sonra istehsal edilən və ömrünü başa vurduqda anbarlarda sökülərək məhf edilən texnikaların bəziləri kolleksionerlər tərəfindən alınaraq təkrar istifadə edilir.”Azpublika”-nın məlumatına görə,hərbi texnikaları satılarkən üzərində olan bütün silah və digər hərbi təchizatlar sökülür.
Satışda olan qırıcılar arasında 1980-cı illərdə ABŞ-da istehsal edilən F16 və 1986-cı ildə Sovet ittifaqında istehsal edilən MİG-29 tipli qırıcılar,o cümlədən 1950-ci illərdə istehsal edilmiş F4 Phantom təyyarələri daha çox rəğbət görür.
Hələdə bir çox dünya ölkələri arsenalında olan F16 və MİG-29 qırıcılarının qiyməti isə ardıcıl olaraq 8.5 milyon və 4.6 milyon dollar təşkil edir.
Satışa çıxarılan ən ucuz qırıcılardan biri isə hazırda Liviyada üsyan qaldıran General Həftarın dəstəsində istifadə edilən MİG-21 tipli qırıcılardır.Həmin qırıcılar internet üzərindən cəmi 40.000 dollara satışa çıxarılıb.