“Silk Vay Holdinq” MMC və ona daxil olan 3 şirkət – “Silk Vay Vest Aviaşirkəti”, “Silk Way Aviaşirkəti” və “Silk Vay Development” MMC-lər nizamnamə kapitalını azaltdığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Bununla belə, kommersiya qurumlarının kapitaldınakı azalmanın nə qədər olacağı açıqlanmayıb.

Xatırladaq ki, hazırda holdinqin nizamnamə kapitalı 46,1 milyon manat, digər 3 şirkətin nizamnamə kapitalı isə müvafiq olaraq 173,4 milyon manat, 97 milyon manat və 77,3 milyon manatdır.

By Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir